Əngəxaran — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Dzerjinovka kənd Sovetinin Əngəxaran kəndi Şamaxı şəhər Sovetinin tərkibinə verilmişdir.[1]
Əngəxaran | |
---|---|
40°40′20″ şm. e. 48°39′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin əhalisi indiki əraziyə təqribən 300-400 il əvvəl Şamaxının 50 km. şimal-qərbindəki eyniadlı kənddən köçüb gəlmişdir. Yaşlı təbəqə arasında keçmış Əngəxaran kəndinin ərazisi Binə-Əngəxaran adı ilə də tanınırdı. Zarat Xeybəri kəndindən şimal-qərbində, Yeddi qardaş platosundadır. Kəndin adını tat dilindəki əng (arı) sözündən və -an şəkilçisindən ibarət "arı saxlanılan yer" mənasında yozurlar. Kəndin ərazisində eyniadlı dağ və mineral bulaqlar var.[2]
Əngəxaran kəndinin ərazisində orta əsrlərə aid yaşayış yeri və qəbiristanlıq mövcuddur.
Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
Kənd əhalisi 848 nəfərdir ki, onun da 411 nəfəri kişi, 437 nəfəri isə qadınlar təşkil edir.
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |