Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sabir Adil (Sabir Xasay oğlu Əhmədov; 10 may 1950, Bəydövül, Göyçay rayonu – 7 fevral 2005) — Azərbaycan Yazıçılar İttifaqının üzvü, Teatr Xadimləri İttifaqının üzvü, Kinematoqraflar ittifaqının üzvü.
Sabir Adil | |
---|---|
Sabir Xasay oğlu Əhmədov | |
Doğum tarixi | |
Doğum yeri | Bəydövül, Göyçay rayonu |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat səbəbi | infarkt xəstəliyi |
Sabir Xasay oğlu Əhmədov 1950-ci il may ayının 10-da Azərbaycanın Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Atası Xasay şair çox kiçik yaşlarında olarkən vəfat edib. Sabir Adil anası Nadilə və dayısı Bahadurun köməyilə böyüdülmüşdür. Göyçay rayonunda orta məktəbə daxil olub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1969-1974).
Sonra C.Cabbarlı adına kinostudiyada senarist, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri, Azərbaycan Yazıçılar Birliyində məsləhətçi, həmçinin müxtəlif mətbuat orqanlarında işləmişdir. Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır.
Onun ssenarisi əsasında "Papaq" ("Evlənmək istəyirəm") bədii fılmi çəkilmişdir.
Şerləri və digər yazıları "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında, "Ədəbiyyat" qəzetində və digər mətbuat orqanlarında çap olunmuşdur.
1974-cü ildə ailə həyatı qurmuşdur. Bu nigahdan 1 oğlu, 2 qızı dünyaya gəlmişdir.
"Üz tutduğum adamlar" (1986), "Ağlayan divarlar" (2003) şerlər kitabının və "Yüz böyük türk" tərcümə kitabının müəllifidir. Bir çox şerıəri rus dilinə tərcümə edilmişdir. 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Həmçinin Teatr Xadimləri İttifaqının, Kinomatoqraflar ittifaqının üzvüdür.
2005-ci ilin fevral ayının 7-də qəflətən keçirdiyi infarkt xəstəliyindən dünyasını dəyişib.
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |