Bəydövül — Azərbaycan Respublikasının Göyçay rayonunun Bəydövül kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Bəydövül kəndi Alpout kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bəydövül kənd inzibati ərazi vahidi yaradılmşdır.[2]
Bəydövül | |
---|---|
40°30′40″ şm. e. 47°54′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Oykonim Bəydəvil, Bədəvil (1917), Bədövül (1961) variantlarında da işlənir. "Bədo" (Azərbaycan dilində "qaçağan at"; "pis iyli su") və "vil" (yer, məkan, inzibati ərazinin bir hissəsi) sözlərindən düzəldilib, "pis qoxulu suyu olan yer" mənasındadır. Azərbaycanın Şirvan zonasında yayılmış müalicəvi kükürdlü soyuq su mənbələrindən biri kəndin ərazisində olduğu üçün belə alanmışdır. Toponim "bəy dövləti", "bəyə məxsus olan mülk" mənasında da yozulur.[3]
Kənd rayon mərkəzindən cənub-şərqdə, Şilyançayın sol sahilində, Alpout, Alıkənd və Veysəlli kəndlərinin yaxınlığında, Şirvan düzündə yerləşir.
Əhalisi 1422 (2009) nəfərdir.
Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, pambıqçılıq və bağçılıqdır.
Göyçay rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |