Sabir Həşimov (doğum 1939, Hacıqabul, Azərbaycan SSR - ölüm 2013) Azərbaycanlı hərbçi olmuşdur.
Həşimov Sabir Hacıbala oğlu | |
---|---|
Sabir | |
Doğum tarixi | |
Doğum yeri | Rəncbər, Hacıqabul rayon |
Vəfat tarixi | 2013-cü il 19 yanvar |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan vətəndaşı |
Atası | Hacıbala Həşim oğlu Həşimov |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Hərbçi |
Təhsili | Ali |
Sabir Hacıbala oğlu Həşimov 1939-cu ildə Hacıqabul rayonunun Rəncbər kəndində anadan olmuşdur. Orta təhsilini Hacıqabulda (o vaxtkı Qazıməmməd) 15 nömrəli orta məktəbdə almışdır.1957-1990-cı illərdə keçmiş SSRİ-də xidmət etmiş, həmin illərdə Tbilisi Hərbi Artilleriya Məktəbini (1962) on il sonra isə Leninqrad Hərbi Artilleriya Akademiyasını bitirib və raket-artilleriya silahları üzrə hərbi mühəndis ixtisasına yiyələnmişdir. 1975-1980-ci illərdə Macarıstanda məxfi hərbi hissədə Nüvə silahı üzrə mühəndis kimi fəaliyyət göstərmiş, 1992-1999-cu illər arası Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. Həşimov Sabir 2013-cü il yanvar ayının 21-də vəfat etmişdir. İki oğlu və bir qızı var. Oğulları onun yolunu davam etdirir. Oğullarından biri polkovnik, digəri polkovnik-leytenantdır.
Azərbaycan Müdafiə Nazirliyinin, Milli Ordunun yaradılmasında rolu olmuşdur. Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim işləmişdir.Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında xidmət göstərmişdir. Cəbhə bölgəsi olan Ağdam rayonunda N saylı hərbi hissədə mütəxəssis kimi iştirak etmişdir. Təqaüdə çıxdıqdan sonra Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Elmi Tədqiqat Mərkəzində işləmişdir.
Gənclərin döyüş hazırlığına yiyələnməsi və təkmilləşməsi üçün döyüş texnikasının öyrənilməsi, o cümlədən artilleriya silahlarının öyrənilməsi üçün doğma ana dilimizdə vəsaitlərin olmamasını nəzərə alan Həşimov Azərbaycanda ilk dəfə olaraq hərbi kitabların tərcüməsinə başlamış və 32 adda kitab tərcümə etmişdir.Onun təşəbbüsü ilə hərbi məktəbdə hələ 1994-cü ildən artilleriya silahları haqqında fənnin Azərbaycan dilində tədrisinə başlanılmış, ilk dəfə olaraq artelleriya silahlarının quruluşu, taktiki-texniki xüsusiyyətləri və istismar qaydaları haqqında kitablar doğma dilimizdə nəşr olunmuşdur.
Sabir Həşimov Texniki Elmlər namizədi adını almaq üçün Texniki Elmlər doktoru, professor V. Şərifovun elmi rəhbərliyi ilə “Artelleriya silahlarının və döyüş sürsatlarının istismarına iqlim şəraitinin təsiri və ondan mühafizə tədbirləri” adlı disertasiyasını hazır etsədə ağır xəstəlik onu müdafiə etməyə imkan vermədi.
Öz xidmətləri ilə Azərbaycanın hərbi tarixində layiqli yer tutan Həşimov eyni zamanda doğma rayonunun da salnaməsinə daxil olmuşdur. Hazırda Hacıqabul rayon Tarix Diyarşünaslıq Muzeyində Sabir Həşimova aid eksponatlar və haqqında bəhs olunan dərsliklərdən nümunələr nümayiş olunur.
Tərcümə etdiyi kitablar