Sabir Mirzəyev (xanəndə)

Sabir Nüsrət oğlu Mirzəyev (1943, Astraxanbazar rayonu23 iyul 2011, Təbriz) — Azərbaycanın Əməkdar artisti (2007), Azərbaycan xanəndəsi, Çahargah muğamının görkəmli ifaçısı.

Sabir Mirzəyev
Sabir Nüsrət oğlu Mirzəyev
Ümumi məlumatlar
Doğum tarixi 1943
Doğum yeri
Vəfat tarixi 23 iyul 2011(2011-07-23)
Vəfat yeri
Vəfat səbəbi Ağır ürək-damar xəstəliyi
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti Xanəndə
Fəaliyyət illəri 1960-2011
Janr Muğam
Səs tembri Tenor
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S. Mirzəyevin layiqli yeri vardır. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamışdır və 40 il ərzində Dövlət Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şərkətində öz sənəti ilə xalqa xidmət etmişdir.

Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan S. Mirzəyev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirmişdir.

Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşıqəm" xalq mahnıları, "Cahargah" və "Rast" muğamları qızıl fondunda saxlanılır.

O, Prezident təqaüdçüsü idi.

2007-ci ildə Əməkdar artist adını almışdır.

23 iyul 2011-ci ildə Təbrizdəki xəstəxanada vəfat etmişdir.[1]

  1. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib". 2012-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]