Sabir Sarvan

Məlikov Sabir Soltan oğluşair, tərcüməçi, Prezident təqaüdçüsü Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1996–2016-cı ilə qədər AYB Sumqayıt bölməsinin sədri vəzifəsində çalışmışdır.

Sabir Sarvan
Məlikov Sabir Soltan oğlu
Təxəllüsü Sarvan
Doğum tarixi
Doğum yeri Pirhəsənli, Ağsu rayonu, Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri Pirhəsənli, Ağsu rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan türkü
Həyat yoldaşı Məlikova Zərnigar Abbas qızı
Fəaliyyəti şair
Mükafatları Prezident təqaüdçüsü

Sabir Soltan oğlu Məlikov 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Əsil anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanım  övladlığa götürmüş, onun himayəsində böyüyüb, təlim-tərbiyə almışdır. 1971-ci ildə Sarvan  kəndində səkkizillik məktəbi,1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirmişdir. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki mədəniyyət və İncəsənət  Universiteti) Dram və kino aktyorluğu  fakultəsinin bitirmişdir.1977-1980-ci  illərdə N.Vəzirov  adına Lənkəran Dövlət Dram teatrında, 1981-1987-ci illərdə isə Bakı Tədris Teatrında aktyor işləmişdir.

Onun üçün Vətən məvfumu böyük məna kəsb etsə də, doğulduğu yurda, elə-obaya bağlılığı ilə də örnək idi. Hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onlarla zarafatlaşar, dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi.

2014-cü ildə Ağsu rayonunda, 2016-cı ildə Sumqayıt şəhərində, 2017-ci ilin fevral ayında AYB-nin "Natavan" klubunda 60 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur. 2017-ci il, fevral ayının 28-də onu çoxdan narahat edən kəskin ağrılar ucbatından Sumqayıt 1 saylı xəstəxanaya yerləşdirilmiş, lakin həkimlər Bakı şəhərində yerləşən "Neftçilər" xəstəxanasına yerləşdirməyi məsləhət görmüşlər. 2017-ci il mart ayının 14-də saat 03. 30 radələrində həmin xəstəxanada ürək çatışmamazlığından dünyasını dəyişmişdir. Həyat yoldaşı Zərnigar xanımın söylədiyinə görə həkim ondan son istəyini soruşduqda, Sabir Sarvan dərindən ah çəkərək: Ölüm məni qorxutmur, torpaqdan gəlmişik, torpağa da qovuşacağıq,-demişdir, amma bir arzum var, keşkə Qarabağı qaytara biləydik. Həkm təəccüblə üzünə baxaraq, sən Qarabağlısanmı?-deyə soruşduqda,Sabir Sarvanın cavabı qısa və sərt olub:

- Mən Azərbaycanlıyam. Bunu istəmək üçün yalnız Qarabağlımı olmalısan?!

Vəsiyyətinə əsasən doğulduğu Ağsu rayonunun Pirhəsənli kəndindəki kənd qəbristanlığında dəfn edilmişdir.

1984-cü ildə Ağsu rayonunun  Pirhəsənli kəndindən olan  Zərnigar adlı xanımla ailə qurmuş, Toğrul adlı  bir övladları dünyaya gəlmişdir. Lakin amansız xəstəlik yaş yarımlıq  Toğrulu ona çox görmüşdür. Bu itkidən sarsılan  və uzun zaman özünə gələ bilməyən  şair  nəhayət, özünü toparlamış və ədəbi aləmdə öz fəaliyyətini yenidən davam etdirmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Yaradıcılığa hələ orta məktəb illərində oxuduğu vaxtlardan maraq göstərmişdir."Vüqar" adlı ilk şeiri 1970-ci ildə  Ağsu rayonunda çıxan  "Birlik" qəzetində çap olunmuşdur.1983–1993-cü illərdə jurnalist kimi fəaliiyətə başlamış, demokratik mətbuatın ilk qaranquşu sayılan  "Gənclik", "Molodost" jurnalında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini  vəzifələrinə qədər yüksəlmişdir.Zamanında bir çox insanların  sosial-psixoloji problemlərinin çözülməsində, bürokratik əngəllərin aradan qaldırılmasında, toz basmış həqiqətlərin üzə çıxarılmasında Sabir Sarvanın müəllif araşdırmaları öz bəhrəsini vermişdir. Onun publisistikasında  milli təəssübkeşlik və haqqı nahaqqa  verməmək ideyası hakim olub.Bu yazılara görə gələn təhdidlərdən qoxrmayıb,öz qələmini, əqidəsini ona yönəlmiş çirkablardan qoruya bilib.

Türkiyədə çıxan "Kardeş Kalemler",  "Çağrı", "Çınqı" dərgilərində və "Krımın sesi" qəzetində şeirləri dərc olunmuşdur, eyni zamanda Türkiyənin Mersin şəhərində fəaliyyət göstərən "Kanal 42 MSBC–nin "Damla-Damla" şiir proqramında dəfələrlə şeirləri səsləndirilmiş və geniş tamaşaçı kütləsi tərəfindən bəyənilmişdir.

Türkiyənin tanınmış bəstəkarı Ayzer Büyüker tərəfindən "Qarabağlı uşaq" şeirinə mahnı bəstələnmiş və dinləyicilər arasında çox böyük əks-səda vermişdir.

Sabir Sarvan mütəmadi olatraq Azərbaycan məkanında fəaliyyət göstrən televiziya kanallarında ədəbiyyatımız,onun problemləri və həlli yolları haqqında çıxışlar etmişdir.

2002-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Almaniyanın Lüdviqshafen şəhərində olmuş, orada yaşayıb-yaradan türk əsilli şair Hasan Özdemirlə tanış olmuş,onun şeirlərini Azərbayvcan türkcəsinə uyğunlayaraq "Ulduz" jurnalında dərc etdirmişdir.

Vaxtaşırı cəbhə bölgələrinə səfər çıxmış və əsgərlər qarşısında vətənpərvərlik ruhunu gücləndirməyə xidmət edən şeirlərlə çıxış etmişdir.

Təkcə Sumqayıtda deyil, ümumilikdə Azərbaycan ədəbi mühitinin formalaşmasında,ciddi ədəbiyyat naminə xidmətə yönəlməsində, sözün əsl mənasında fədakarlıq göstərmişdir. Hər zaman Sumqayıt Dövlət Dram Teatrı ilə əlaqə saxlamış, repertuar siyasətinin düzgün qurulmasında ədəbiyyatı və teatrı mükəmməl bilən bir qələm adamı kimi öz köməyini əsirgəməmişdir. Sabir Sarvan üçün istedad, sənət hər zaman hər şeyin fövqündə olub. O, bəlkə də yeganə qələm adamlardandır ki, ədəbiyyat mənafeyini şəxsi mənafeyindən üstün tutmağı bacarırdı.

Gürsüctanda keçirilən Mayakovski günlərində billur güldan və diplomla mükafatlandırılmışdır.

Türkiyənin Çorm şəhərində  keçirilən "Şiir şölənində" Diploma layiq görülmüşdür. (1996)

50 illik yubileyi münasibətilə Sumqayıt şəhərinin sabiq İcra başçısı Vaqif Əliyev  tərəfindən ikiotaqlı mənzillə mükafatlandırılmışdır. (2006)

Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülmüşdür.(2010)

Ədəbiyyatın inkişafına göstərdiyi xidmətlərə görə müxtəlif vaxtlarda Azərbaycan Yazıçılar Brliyi və Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən gördüyü işlər yüksək dəyərləndirilmiş və müxtəlif vaxtlarda diplom və fəxri-fərmanlarla təltif edilmişdir.

AYB Sumqayıt bölməsində fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sabir Sarvan Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin  yaranması ideyasını irəli sürərək, 1996-cı il dekabr ayının 21-də bölmənin yaranmasına nail olmuş, həmin  ildən 2017-ci ilin  mart ayına kimi (20 il müddətində) Azərbaycan  Yazıçılar Birliyi  Sumqayıt  bölməsinin sədri vəzfəsində çalışmışdır.

Bölməyə rəhbərlik etdiyi müddətdə  "Turan", "Zərif"qadın ədəbi məclisləri, "Tumurcuq" uşaq klubu, hal-hazırda adını daşıyan Sabir Sarvan  adına Uşaq Poeziya  Teatrını yaratmış  və onların fəaliyyət göstərməsində özünün bilavasitə iştirakı olmuşdur. Bölmə tərəfindən "Turan" ədəb məclisinin fəaliyyətindən xəbər verən  "Bizdən sizə qalan sözdü" adlı (dörd almanax), "Zərif " qadın ədəbi məclisinin  üzvlərinin şeirlərindən  ibarət "Bənövşı pıçıltısı"  "Tumurcuq" uşaq klubu  üzvlərinin şeirlərindən  ibarət  "Qanadlandıq uçmağa" adlı 13 almanax,  məktəblilər üçün  nəzərdə tutulan "Vətən deyən şeirlər", "Vətənim, anam, dilim"  adlı kitablar çap edilmişdir. Həmçinin Sumqayıtlı yazarların  tərcümələrindən və  dünyasını dəyişmiş qələm adamlarının yazdıqlarından nümunələr  toplanmış almanaxlar  işıq üzü görmüşdür. Bundan başqa mərhum yazıçı-publisist  Feyzi Mustafayevin  bir vaxtlar  "Yazıçı" nəşriyyatı tərəfindən çap edilmiş "Dinmə,ey kədər"  adlı kitabı  bölmə tərəfindən yenidən  latın qrafikası ilə çap edilmişdir. Sumqayıt şəhərinin 60 illiyi ilə əlaqədar  Sumqayıt şəhər təhsil şöbəsi  və Sumqayıt şəhər Gənclər  İdman Baş idarəsi  ilə birlikdə I-IV sinif şagirdlərinin oxuması üçün nəzərdə tutulan  "Sinifdənxaric oxu", "Təbiət düşünür, düşündürür" kitabı bölmənin təşəbbüsü ilə  işıq üzü görmüşdür. Bu kitablarda  Sumqayıtlı müəllifləri  uşaqlar üçün yazdığı  şeirlərdən nümunələr toplanmışdır.

Bölmənin təşəbbüsü ilə  hər il keçirilən "Söz" bayramı, 21 mart  Beynəlxalq poeziya günü  və 28 may Respublika günü münasibətilə  şəhər məktəbliləri arasında  keçirilən bədii-qiraət  müsabiqəsi  artıq Sumqayıtda ənənə  halını almışdır.

Klassik və müasir  ədəbiyyatın təbliği  məqsədi ilə  şəhərdəki müxtəlif təşkilatlarla  işbirliyi qurulmuş və bir sıra tədbirlər keçirilmişdir. Şəhər Təhsil  Şöbəsi ilə birlikdə keçirilən  Aşıq Ələsgərin yubileyi, M.Müşfiqin, R.Rzanın, Ə.Kərimi  şeirlərinin Sumqayıtlı  məktəblilər arasında  bədii-qiraət müsabiqəsi, dərslik müəlliflərindən T.Hacıyevin, N. Cəfərovun, Z.Əsgərlinin  iştirak etdikləri "Müasir ədəbiyyat və onun tədris problemləri" mövzusunda söhbət diskkusiya bu qəbildəndir.Bölmənin fəaliyyət göstərdiyi müddətdə şəhərdə müasir şairlərdən M.Arazla, C.Novruzla, F.Sadıqla, Q.İsabəyli ilə, Ə.Olla, P.Qəlbinurla, M.Aslanla, F.Məmmədli ilə "Abasqulu bəy Şadlinski"" kitabının müəllifi Əziz Ələkbərli  ilə, yazıçı Ç.Abdullayevlə, Yazıçı Qadınlar Cəmiyyətinin üzvləri ilə və.s. çoxsaylı görüşlər keçirilmişdir.

Dövrün, zamanın zərurətindən irəli gələn milli dövlətçilik ideyasının formalaşmasına  xidmət edən əsərlərin  təbliği ön plana çəkilmiş, bu manasibətlə şəhərdə müxtəlif vaxtlarda  Şəhər İcra Hakimiyyəti ilə birlikdə  "Milli dövlətçilik ideyası və bədii ədəbiyyat"  mövzusunda dəyirmi masa, "Zaman" qəzeti ilə  birlikdə  məktəblilər arasında  Mehmet Akif Ersoyun  "Çanaqqala şəhidləri"  şeirinin bədii-qiraət  müsabiqəsi, "Bədii ədəbiyyatda tarixi gerçəkliklər"  mövzusunda  oxucular konfransı, Sumqayıtdakı N hərbi hissəsinin  əsgərləri ilə  bir qrup AYB  üzvünün görüşü və.s.keçirilmişdir. Bundan başqa hər il, 28 may Respublika günü münasibətilə  şəhər Təhsil şöbəsi ilə birlikdə  məktəblilər arasında  Vətən haqqında şeirlərin bədii-qiraət müsabiqəsi reallaşıb.

Bölmənin bir sıra tədbirləri  telelayihələr şəklində  də həyata keçirilmişdir. İctimai televiziya ilə birgə "Öncə vətən", yerli-"Dünya tv. kanalı ilə  S. Vurğunun və S.Rüstəmin  100 illik yubileyləri  ilə bağlı  dörd ay davam edən  bədii-qiraər müsabiqələri buna misaldır.

AYB üzvü olan istedadli gənclərin kitablarinin çapina göstərdiyi dəstək

[redaktə | mənbəni redaktə et]

İstedadlı tənqidçi, çağdaş ədəbiyyatımızda  özünəməxsus yeri olan  Nərgiz Cabbarlının  "Yeni nəsil ədəbiyyatı -2",  gənc şairlər Günel Vəfalı və İradə Axundzadənin  "İkimiz bir kitabda" "Gülnarə Cəmaləddinin "Qəhvə rəngi" adlı şeirlər kitabının işıq üzü  görməsində onun əvəzsiz xidmətləri olub.

Şəhərdə artıq ənənnə halını almış "Söz" bayramı, "Şəhər günü" hər il onun ideyası əsasında həyata keçirilir.

  1. Gördüyüm göy, baxdığım işıq. Bakı: Yazıçı, 1989
  2. Çıx qaranlıqdan. Bakı: Ozan, 2001
  3. Gəldi qürub. Bakı: Adiloğlu, 2007
  4. Özümü sözə çevirdim. Bakı: Adiloğlu, 2007
  5. Dərdimi oxusun ney. Sumqayıt, 2011
  6. Yarandım, yaşadım. Sumqayıt, 2014
  7. Qibləm ürəyimd. Sumqayıt: Sumqayıt, 2015

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Şair Sabir Sarvanın rəsmi youtube səhifəsi.