Sabircan Qunaqbayev

Sabircan Qunaqbayev (başq. Sabircan Ğabdulla uğlı Qunaqbayev, Сабирҗан Габдулла улы Кунакбаев; 29 dekabr 1901, Ulukulevo[d], Ufa qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası3 iyul 1996, Ufa, Başqurdıstan, RSFSR[d]) — seleksiyaçı alim. Sosialist Əməyi Qəhrəmanı.

Sabircan Qunaqbayev
Doğum tarixi 29 dekabr 1901(1901-12-29)
Doğum yeri
Vəfat tarixi 3 iyul 1996(1996-07-03) (94 yaşında)
Vəfat yeri
Təhsili
  • K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası[d]
Fəaliyyəti alim
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Şərəf nişanı" ordeni
Honored Agronomist of the RSFSR

1901-ci ildə Rusiya imperiyası, Ufa quberniyası, Ufa qəzası Olokul kəndində böyük tatar əsilli kəndli ailəsində anadan olmuşdur. Ailənin üç qız və altı oğlan uşağı var idi. Dörd il ibtidai zemstvo məktəbində oxumuşdur. Məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Ufa şəhərində bir mədrəsəyə daxil olur.

Hakimiyyə mədrəsəsində oxuyur. 1927-ci ildə K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.

1927–1927-ci illərdə Başqırd Xalq Əkinçilik Komissarlığında işləmişdir. 1932–1955-ci illərdə isə Çişmi seçim stansiyasında fəaliyyət göstərir.

1956–1958-ci illərdə Başqırd Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda elmi işlər üzrə direktor müavini olur.

1958-ci ildən Başqırd Elmi Tədqiqat Əkinçilik və Sahə Bitkiləri Seleksiyası İnstitutunun qış bitkilərinin seleksiya və ilkin toxum istehsalı laboratoriyasının müdiri işləyir

Sabircan Qunaqbayev Başqırd Muxtar Sovet Sosialist Respublikasında damazlıq elmi məktəbini qurur.

3 iyul 1996-cı ildə Ufa şəhərində 94 yaşında dünyasını dəyişir.

Elmi dərəcələri

[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatı elmləri namizədi (1950),

RSFSR-nin əməkdar aqronomu (1957),

BMSSR-nin əməkdar elm xadimi (1963),

Başqırdıstan Respublikası Elmlər Akademiyasının fəxri akademiki (1991).

Sosialist Əməyi Qəhrəmanı (1987);

Lenin ordeni (1987);

"Oktyabr inqilabı" ordeni (1981);

"Şərəf nişanı" ordeni (1966).

Onun tərəfindən Çulpan adlı qısa saplı qış çovdarı; "Çişminskaya" və "Demskaya" qarabaşaq yarması,"Lutescens-9" payızlıq buğdası və "Bashkirskoye-1" qış triticale növləri seleksiya yolu ilə alınmışdır. Cəmi 19 sortun seleksiya yolu ilkə alınması qeyd edilir.

Başqırdıstan Respublikası Elmlər Akademiyası onun adını daşıyan bir mükafat təsis etmişdir.

2010-cu ildə Başqırd Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda "Qunaqbayevin xatirəsinə" çovdar çeşidi yetişdirilir[1]. .

  1. "Зерновое хозяйство России — Теоретический и научно-практический журнал". 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-04.
  • С. Кунакбаев Мал золотник, да дорог //Наука в СССР, АН СССР. 1983, № 5;
  • С. Кунакбаев "Селекция короткостебельных сортов озимой ржи" // Вестник сельскохозяйственной науки. 1984, № 2;
  • С. Кунакбаев "Рождение сортотипа культурной ржи" (Secale cereale var vulgare Korn.).