Sabit Paşayev

Sabit Paşayev (29 yanvar 1987, Ağdərə) — kikboksinq üzrə azərbaycanlı peşəkar idmançı.

Sabit Paşayev
Şəxsi məlumatlar
Tam adı Sabit Paşayev
Vətəndaşlığı Azərbaycan Azərbaycan Azərbaycan
Doğum tarixi (36 yaş)
Doğum yeri Ağdərə
İdman növü Kikboksinq
Karyera illəri 1997 -
Məşqçisi Rəşad Hüseynov
Boyu 180 sm
Çəkisi 97 kq

Həyatı və karyerası[redaktə | mənbəni redaktə et]

Paşayev Sabit Rəhman oğlu 29 yanvar 1987 - ci ildə Ağdərə rayonu Umudlu kəndində anadan olmuşdur. 1992 - ci ildə kəndləri erməni işğalçılar tərəfindən işğal edildikdən sonra ailəsi birliktə məcburi köçkün kimi Tərtər rayonunda məskunlaşmışdır.1993- cü ildə Tərtər rayonunun 6-saylı məktəbinin 1-ci sinifidə oxumuşdur.Uşaq yaşlarından içində olan vətənpərvərlik eşqi onu idmana cəlb etmişdir.Hələ orta məktəbdəykən bir sıra Beynəlxalq turnirlərin qalibi olmuşdur.11 illik məktəbi bitirdikdən sonra 2004-cü ildə Azərbaycan Bəynəlxalq Universitetinin Bədən Tərbiyəsi fakultəsinə daxil olmuşdur və 2008 - ci ildə müvəffəqiyyətlə universiteti bitirib , sevərək hərbi xidmətə getmişdir.N- saylı hərbi hissədə xidmətini başa vurduqdan sonra 2009 - cu ildə təxlis olmuşdur.2010 - cu ildə Azərbaycan DSX (Dövlət Sərhəd Xidməti) - nin xüsusi təyinatlı qrupunun komandiri olaraq xidmətə başlamışdır.6 il xidmət müddətini başa vurduqdan sonra öz xahişi ilə xidmətindən ayrılmışdır.2017 - ci ildə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında DSX (Dövlət Sərhəd Xidməti) - nin əməkdaşı olaraq işə başlamışdır.2019 - cu ildən etibarən Milan Hospitalda direktor müavini vəzifəsində çalışır və hal hazırda davam edir və bununla yanaşı Yusif İdman klubunun qurucusu və direktorudur.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Sabit Paşayev 2015 ci ildə ailə həyatı qurmuşdur və 1 uşaq atasıdır.

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

2019-cu ildə Ukraynanın Xarkov şəhərində keçirilən döyüş növləri üzrə Avropa çempionatında 2-ci yerə layiq görülmüşdür.

2021-ci ildə Ukraynanın Xarkov şəhərində keçirilən şaolin döyüş sənətləri üzrə dünya çempionatında 1-ci yerə layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

İdmançılarımız Avropa çempionatında uğurla çıxış edib “Zəfərdən qayıdan igidlər” adlı tədbir keçirilib