Sabit nisbətlər qanunu elementlər bir-birləri ilə birləşərək müəyyən birləşmələr əmələ gətirərkən onların müəyyən nisbətlərdə birləşməsinə əsaslanan qanundur. Onun tərifi bu formadadır: Bir birləşməni təşkil edən elementlərin kütlələri arasında dəyişməz bir nisbət mövcuddur. Bu qanuna isə sabit nisbətlər qanunu deyilir. Bu qanun 1799-cu ildə fransız alimi olan Cozef Prust tərəfindən kəşf edilmişdir.
Elementlərin kimyəvi cəhətdən bir yerə cəmləşdiyi zaman müəyyən bir nisbətdə birləşdiyini müəyyən etmiş Prust bu gün sabit nisbətlər qanunu olaraq bilinən qanun üçün aşağıda göstərilmiş olan tərifi vermişdir:
"Bir element başqa bir elementlə birləşərək birləşmə əmələ gətirdiyi zaman birləşmə daxilindəki elementlərin kütlələri nisbəti sabitdir."
Bu qanuna görə məsələn, 18 qram suyun tərkibində 16 qram oksigen olarkən, qalan 2 qramda isə hidrogen vardır. 9 qram su əmələ gələrsə, onun 8 qramı oksigenin, 1 qramı isə hidrogenin payına düşür. Suyun necə alınmasından asılı olmayaraq bu nisbət tamamilə sabit qalmağa davam edir.
Bu və buna oxşayan təcrübə nəticələri ilə sabit nisbətlər qanunu qəbul edildikdən sonra Con Dalton tərəfindən 1807-ci ildə ilk elmi atom nəzəriyyəsi irəli sürülmüşdür.