Sabitlik qanunu

“Sabitlik qanunu” belə ki, biosferin canlı maddəsinin miqdarı sabit kəmiyyətdir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Bu qanun ilk dəfə V.İ.Vernadski tərəfindən şərh edilmişdir: Belə ki, qanunun əsas mahiyyəti ondan ibarətdir ki, biosferin canlı maddəsinin miqdarı (müəyyən geoloji vaxt ərzində) sabit kəmiyyətdir. Bu qanun daxili dinamiki tarazlıq qanunu ilə sıx əlaqədardır. Sabitlik qanununa görə biosferin hər hansı bir sahəsindəki canlı maddə miqdarının hər hansı bir dəyişikliyi mütləq biosferin digər bir sahəsində əks işarə ilə həcmcə həmin qədər canlı maddə miqdarının dəyişməsinə səbəb olur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. N.Ə.Səlimova, B.Ş.Şahpələngova, Ə.İ.Babayev, Mühəndis geologiyası, Bakı-2012