Sabrina Qriqoryan

Sabrina Qriqoryan (erm. Սաբրինա Մարկոսի Գրիգորյան) — İtalyan əsilli erməni aktrisa.

Sabrina Qriqoryan
erm. Սաբրինա Գրիգորյան
Doğum tarixi 28 iyul 1956(1956-07-28)
Doğum yeri
Vəfat tarixi 10 iyun 1986(1986-06-10)[1] (29 yaşında)
Vəfat yeri
Fəaliyyəti aktrisa

Sabrina Qriqoryan 28 iyul 1956-cı ildə Romada rəssam Markos Qriqoryan və Flora Adamyanın ailəsində anadan olub. Valideynləri boşandıqdan sonra Sabrina atası tərəfindən böyüdülür və ibtidai təhsilini Tehranda istedadlı uşaqlar üçün xüsusi məktəbdə alır. Daha sonra təhsilini Nyu-Yorkda orta məktəbdə davam etdirir. Tehrana qayıdan o, yerli məktəbin teatr direktoru, eləcə də Tehrandakı Beynəlxalq Gənclər Teatr Təşkilatının direktoru Patrisiya Zixlə görüşüre. Zix Sabrinanın qeyri-adi aktyorluq istedadını görür[2].

Orta məktəbi bitirdikdən sonra Sabrina Londona gedir, dinləmələrdən keçir və aktyorluq təhsili almaq üçün Qildxoll Musiqi və Dram Məktəbinə qəbul olunur. Həmin illərdə o, çoxlu səyahətlər etmiş, ABŞ, İsveçrə, İspaniya, İtaliya və bir çox başqa yerlərə getmiş, bacardığı bütün bilikləri mənimsəmişdir. Erməni, ingilis və fransız dillərini mükəmməl bilir, fars, italyan, ispan dillərini başa düşürdü. Tələbə ikən Sabrina Tehranda və Qildxallda bir çox fərqli rol oynayır. Tehranda aktrisa kimi təhsil alarkən, daha sonra isə Qildxall Musiqi və Dram Məktəbində təhsil aldığı müddətdə Sabrina Tennessi Uilyamsın “Yay və tüstü” əsərində Roza Qonzales, Şekspirin “Yay gecəsi yuxusu”nda Hippolita və Otelloda Emiliya, Anton Çexovun “Üç bacı”nda Maşa, "Cəmiyyətin sütunu"nda Dina, Tomas Ottoveyn "Venesiya xilas edildi" filmində Belvidere, "Sonetlərin qaranlıq xanımı"nda tünd qadın, "Anna Frank": Gənc qızın gündəliyi filmində Marqo rolunu oynayır. Ejen İoneskonun "Keçəl müğənni" tamaşasında və Robinson Ceffersin "Evripides" pyesində rol alır[3][4].

Səhnədəki qısa ömründə Sabrina elə təsirli obrazlar canlandırıb ki, onun tamaşaçıları, müəllimləri və rejissorları heyranlıqla dolu olub.

Sabrina NBC-nin Today şousunun direktoru Cin Şalitin redaktoru və elmi köməkçisi idi. New-Yorkda Broadcasting Company-də işləyərkən o, Delta Sky Magazine, Ladies Home Journal, Diversion Magazine və digər dövri nəşrlərdə çıxan bir neçə teatr və musiqi əsərləri və məqalələr yazır. O, həmçinin canlı baxış üçün ssenarilər hazırlayır.

  1. http://www.kinpedia.net/leaf/q22980352.
  2. A. Bakhchinyan, «Armenian Figures»
  3. "The late actress. Sabrina Gregorian". 2013-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  4. "Sabrina Gregorian, Biography". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.