Sabrina sahili

Sabrina sahili (Antarktida)
Sabrina sahili
Sabrina sahili Antarktida xəritəsində

Sabrina sahili[1][2] (ing. Sabrina Coast) — Şərqi Antarktidanın Uilks Torpağında yerləşən sahili. Sautard burnu (122°05' ş. u.) və Uoldron burnu (115°33' ş. u.) arasında yerləşir.

Sabrina sahilinin uzunluğu 300 km məsafədə uzanır. Ərazisinin böyük qismi Moskva Universiteti şellf buzlağı sahəsinə daxildir. Bu bölgə ilk dəfə ingilis ekspedisiyasının rəhbəri Con Balleni tərəfindən kəşf edilmişdir. Ərazinin kəşf tarixi 1839-cu ilin martına təsadüf edir. 1931-ci ildə Duqlas Mouson Balleninin təşkil etdiyi ekspedisiyasının əsas gəmisi olan "Sabrinanın" şərəfinə adlandırılmışdır. 1957–1958-ci illərdə sahil Sovet Antarktik ekspedisiyası tərəfindən tədqiq edilmişdir.

  1. "SCAR Gazetteer Ref. No 12578 Sabrina Coast". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-10.
  2. Sabrina Coast[ölü keçid]