Sadıq Şərifzadə

Sadıq Hüseyn oğlu Şərifzadə (5 dekabr 1912, Ərdəbil2 yanvar 1986, Bakı) — rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1959).[1]

Sadıq Şərifzadə
Sadıq Şərifzadə iş zamanı
Sadıq Şərifzadə iş zamanı
Doğum tarixi
Doğum yeri Ərdəbil, Cənubi Azərbaycan
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti Rəssamlıq
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1959

Sadıq Şərifzadə 1912-ci il dekabr ayının 5-də Cənubi Azərbaycanda anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq texnikumunu bitirdikdən sonra, 1936-cı ildə Kiyev rəssamlıq institutuna daxil olur və burada o, məşhur Ukrayna rəssamları Volokdni, Traximenko və Qriqoryevin tələbəsi olur.

1939-cu ildə Şərifzadə öz xahişi ilə Surikov adına Moskva Rəssamlıq İnstitutuna köçürülür.

1940-cı ildə Şərifzadə institutun 5-ci kursundan Bakıya qayıdır və yaradıcılıq ilə məşğul olur.

S. Şərifzadə 1986-cı il yanvarın 2-də Bakıda vəfat etmişdir

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1940-1958-ci illər ərəfəsində rəssam bir sıra tarixi və müasir mövzularda rəsm əsərləri yaradır. Şərifzadə "Üzüm yığımı", "Səttar xan Fədailərinin Təbrizi müdafiəsi", Sosialist Əməyi qəhrəmanı neftçi – Ağa Neymətullanın, Sovet İttifaqı qəhrəmanı Gəray Əsədovun, sərkərdə Babəkin, SSRİ Xalq artisti Mirzəağa Əliyevin portreti, "Göy-göl" mənzərəsi, "Dənizdə neft buruqları", "Xətib Təbrizi və Əbülüla Müərri" və bir sıra xalqın qaynar həyatını təbliğ edən əsərlər yaradır.

S. Şərifzadə respublikamızda təkçə boyakar rəssam kimi deyil, həm də istedadlı bir teatr rəssamı kimi tanınmışdır. O, hələ texnikuma girməmişdən əvvəl görkəmli teatr xadimləridən Abbas Mirzə Şərifzadə, Kazım Ziya, A. A. Tuqanov və başqaları ilə birlikdə işləmiş və onlardan teatr sənətinin incəliklərini öyrənmişdir. Şərifzadənin bədii tərtibtini verdiyi Abdulla Şaiqin "Fitnə", Süleyman Rüstəmin "Qaçaq Nəbi", "Qastello", Mehdi Hüseynin "Cavanşir", Lope de Veqanın "Sevilya ulduzu", İslam Səfərlinin "Göz həkimi", İ. Qurbakovun "Əcəb işə düşdük", İ. İbrahimovun "Kəndçi qızı" və b. tamaşaçılarda orijinal bir fikir yaradır.

Sərgi və uğurları

[redaktə | mənbəni redaktə et]

1958-ci ildə rəssam XVI əsrdə yaşamış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin obrazını yaradır və bu tabloya görə rəssam respublikanın II dərəcəli mükafatına layiq görülmüşdür.

1959-cu ildə Şərifzadə öz əsərlərini Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyat və İncəsənət ongünlüyündə nümayiş etdirmiş və elə həmin ilin 29 iyulunda ona Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Əməkdar İncəsənət xadimi adı verilmişdir.

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 515.