Sadə ədədlərin tənhalığı

"Sadə ədədlərin tənhalığı" (it. La solitudine dei numeri primi) — rejissor Saverio Kostandzonun filmi.

Sadə ədədlərin tənhalığı
it. La solitudine dei numeri primi
Janr Dram
Rejissor Saverio Kostandzo
Baş rollarda İzabella Rossellini
Alba Rauvoke
Operator Fabio Çinketti
Bəstəkar Mayk Patton
İstehsalçı Medusa Film
Distribütor Netflix
İlk baxış tarixi 2010, 11 avqust 2011[1]
Filmin növü bədii film
Müddət 118 dəqiqə
Ölkələr İtaliya İtaliya
Dil italyan dili
İl 2010
Rəng rəngli
IMDb ID1441373

Sadə ədədlər yalnız birə və özlərinə bölünürlər. Onlar tək rəqəmlər sırasında olub digərləri tərəfindən anlaşılmazdırlar. Alisa və Mattiya — hər ikisi "sadə ədədlərdir" və hər ikisi uşaqlıqda faciə yaşayıblar: Alisa xizək sürərkən başına gələn hadisə nəticəsində ayağından zədə almış, Mattiya isə əkiz bacısını itirmişdir. Yeniyetməlik dövründə məktəb dəhlizində tanış olan iki gənc bir-birinin acısını hiss edir. Zaman keçdikcə onların həyat yolları özünəməxsus dostluqla kəsişir. Bu kəsişmə fizika bölməsi üzrə universiteti bitirən Mattiyanın xaricdə iş təklifini qəbul etməsinədək davam edir. Uzun müddət bir-birindən ayrı qalan iki gənci baş verən hadisələr yenidən üzləşdirir. Bu dəfə Alisa və Mattiya bu vaxta qədər etiraf etmədiklərini dilə gətirməyə və özləri haqqında suala cavab verməyə məcbur olacaqlar: iki sadə ədəd birlikdə olmaq üçün yol tapacaqlarmı?

"Sadə ədədlərin tənhalığı" filmi yalnızlıq, sevgi və keçmişin nəticələrindən bəhs edən təsiredici fikir ifadəsidir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifləri: Saverio Kostandzo, Paolo Cordano
Rejissor: Saverio Kostandzo
Operator: Fabio Çinketti
Bəstəkar: Mayk Patton
Prodüserlər: Filipp Kryuze, Mario Caynani, Enn-Dominik Tüsseint
İzabella Rossellini
Alba Rauvoke
Filippo Timi
Luka Marinelli
Maurisio Donadoni
  1. IMDb (ing.). 1990.