Sadə süjet — Sadə süjet (ES) nağıl mətninin süjet quruluşunun əsas vahidini təyin etmək üçün Litva folklorşünası Bronislava Karbelite tərəfindən gətirilən termindir.
Alim bu terminin mənasını belə izah edir: "Elementar süjet, qəhrəman bir şeyə çatdıqda iki personajın və ya onların qruplarının bir toqquşmasını (bəzən — bir obrazın obyektiv şərtlərlə toqquşmasını) təsvir edən mətn parçaları və ya müstəqil mətnlərdir. Elementar süjetin qəhrəmanı taleyi özündə təsvir olunan xarakterdir; qəhrəmanın məqsədi toqquşmanın əldə olunan müsbət, yaxud mənfi nəticəsinə görə qurulur.
Hər elementar süjetdə mütləq üç quruluş elementi mövcuddur — ilkin vəziyyət, qəhrəmanın hərəkəti və nəticə[1].
Kerberlite, beş böyük elementar süjet qrupunu müəyyənləşdirmişdir:[2]
- düşmənlərdən xilas olmağa və onlar üzərində hökmranlığa təşəbbüs;
- rahatlıq yaradan obyektlərin alınması;
- ailədə, cəmiyyətdə bərabər, yaxud yüksək mövqe əldə etməyə təşəbbüs;
- gəlin, yaxud kürəkən axtarışı;
- klanın və ya ailənin bütövlüyü, tamlığı uğrunda edilən təşəbbüs.
Folklorşünaslar folklorun digər növləri üçün də müxtəlif və fərqli elementar süjet qrupları ayırd edə bilər. Məsələn, epik süjetlər üçün sadə epik süjetlərin 8 növünü fərqləndirmək mümkündür[3].
- ↑ Ольга Егорова. Акции героя при достижении поставленных целей. Структурно-семантический анализ избранных сюжетов сказок. Дипломная работа на соискание степени бакалавра.. — Прага, 2016
- ↑ http://www.russ.ru Arxivləşdirilib 2021-07-24 at the Wayback Machine Василий Костырко. Сиротка на луне, или О перспективах сравнительной сюжетологии. old.russ.ru. Дата обращения: 18 июня 2019
- ↑ Н.В.Петров. СЮЖЕТНО-МОТИВНЫЙ СОСТАВ РУССКОГО ЭПОСА: ПРОЛЕГОМЕНЫ К УКАЗАТЕЛЮ. — Вестник РГГУ. — Москва, 2009
- Кербелите Б.П. — Историческое развитие структур и семантики сказок (на материале литовских волшебных сказок). Автореферат докторской диссертации. 1989
- Кербелите Б.П. — Типы народных сказок. Структурно-семантическая классификация литовских народных сказок". Москва, 2005.