Sadəddin Məmmədov - ({{DVTY}} şablonu boşdur ) - Azərbaycanlı şəhid.
Sadəddin Məmmədov | |
---|---|
Məmmədov Sadəddin Zirəddin Oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tovuz |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Madarkert kəndi,Ağdərə |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Tovuz, Tatdar qəbiristanlığı |
Dəfn tarixi | 21.07.1992 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Hərbi hissə | 703 saylı hərbi hissə |
Xidmət illəri | 1991-1992 |
Rütbəsi | Gizir |
Döyüşlər | Qarabağ müharibəsi |
Məmmədov Sadəddin Zirəddin oğlu 20 dekabr 1965-ci ildə Tovuz rayonunda anadan olmuşdur. Tovuz rayon Puşkin adına orta məktəbi bitirdikdən sonra 1983-1985-ci illərdə Almaniyada hərbi xidmətdə olmuş, Gürcüstanın Rustavi şəhərində islah əmək koloniyasında gizir işləmişdir. O, 1988-ci ildə ailə qurmuş, 2 qız övladları dünyaya gəlmişdir[1].
Sadəddin Məmmədov 1991-ci ildə Gəncə şəhərinə qayıtmış, 703 saylı hərbi hissənin tərkibində gizir kimi hərbi fəaliyyətini davam etdirmişdir. O, Gəncə batalyonunda könüllü olaraq cəbhəyə yollanmış, Ağdərə istiqamətində vuruşmuş, tez bir zamanda döyüş bacarığı ilə şəxsi heyət arasında böyük hörmət qazanmışdır. Məmmədov Sadəddin Zirəddin oğlu 20 iyul 1992-ci ildə Ağdərinin Madarkert kəndində həlak olmuş, 21 iyul 1992-ci ildə Tovuzun Tatdar qəbiristanlığında dəfn olunmuşdur. Şəhidin ruhuna hörmət əlaməti olaraq Tovuz şəhərindəki küçələrdən biri Sadəddin Məmmədovun adını daşıyır.