Şəkərov Saday Əsəd oğlu (Şəkərli) — şair, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Saday Şəkərli | |
---|---|
Saday Əsəd oğlu Şəkərli | |
Doğum tarixi | |
Doğum yeri | Bəcirəvan, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | şair |
Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi bitirmişdir. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil almışdır (1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirmişdir (1980-1985).
Bədii yaradıcılığa tələbəlik illərində başlamışdır. "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilmişdir. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olmuşdur. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabad rayonunun suvarma idarəsində başlamışdır. Sonra burada kiçik müəssisə təşkil etmişdir. 1993-cü ildən Bakıda yaşamışdır. "Təbriz" nəşriyyatının direktoru işləmişdir.
2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirmişdir. [1] 2018-ci ildə həbsdən çıxdıqdan sonra xaricə mühacirət etmişdir.