Sadiq dost

Sadiq dost (ing. The Devoted Friend) — görkəmli irland yazıçısı Oskar Vayld tərəfindən yazılmış nağıl.Nağıl ilk dəfə 1888-ci ildə "Xoşbəxt şahzadə və digər nağıllar" antologiyasında nəşr edilib.Antologiyaya "Sadiq dost"dan başqa "Bülbül və qızılgül", "Eqoist nəhəng", "Görkəmli raket" nağılları da daxildir.

Sadiq dost
ing. The Devoted Friend
Balaca Hans öz bağçasında ( "Xoşbəxt şahzadə və digər nağıllar"a çəkilmiş illüstrasiya,1913)
Balaca Hans öz bağçasında ( "Xoşbəxt şahzadə və digər nağıllar"a çəkilmiş illüstrasiya,1913)
Müəllif Oskar Uayld
Janr nağıl
Mövzu dostluq
Orijinalın dili ingiliscə
Ölkə
Orijinalın nəşr ili 1888
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bir çox əsərlərin müəllifi Oskar Uayldı ən çox məşhurlaşdıran onun nağıllları olmuşdur. Kiçikhəcmli əsərlərin adi dialoqlarında belə böyük mətləblər ifadə etmək bacarığı, humanizm, ədalətsizliyə və amansızlığa qarşı üsyankarlıq,onları ifşa etmək onun yaradıcılığının əsas məziyyətlərindəndir.Bu məqamda demək olar ki, bu nağılda bədii gülüş aparıcıdır. Əlbəttə ki, bu gülüş ironiya, kinayə olub insanlardan istifadə edən, hər cür əliaçıqlığa, sədaqətə, dostluğa yad olan insanlaradır.