Safa Önal (17 dekabr 1930[1] – 30 iyul 2023) — türk ssenarist və rejissoru.
Safa Önal | |
---|---|
türk. Safa Önal | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vəfat tarixi | (92 yaşında) |
Milliyyəti | Türk |
Vətəndaşlığı | Türkiyə |
Fəaliyyəti |
rejissor ssenarist |
Mükafatları | Antalya Altın Portakal Film Festivalı (2010 - Altın Portakal Yaşam Boyu Onur Ödülü) |
IMDb | ID0960106 |
Safa Önal 1930-cu ildə İstanbulda doğulub. Haydarpaşa Liseyinin məzunu olan Önal 1945-ci ildə hekayələrlə başladığı yazılarını təkmilləşdirməyə çalışarkən müxtəlif jurnallarda çalışır. O, hekayələrini "Dünyanın ən gözəl gəmisi" adlı kitabda toplayır. Sonra isə ssenarilər yazmağa başlayır. Ssenari yazımında irəliləyiş əldə edən Önalın 395 ssenarisi dünyanın ən maraqlı rekordlarının yer aldığı "Ginnesin Rekordlar Kitabı" tərəfindən dünya rekordu olaraq təsdiqlənir. İki dəfə ailə həyatı quran və hər iki həyat yoldaşından ayrılan sənətçi 1973-cü ildə rejissorluğa başlayır və 40-a yaxın filmə rejissorluq edir. O, həmçinin bir çox fotoroman ssenariləri yazmışdır. Məşhur ssenarist 30 iyul 2023-cü ildə 92 yaşında vəfat etmişdir.[2]