Sahib Kazım oğlu Musayev (1952, Çimkənd) — Azərbaycanlı alim, professor, tibb elmləri doktoru, əməkdar elm xadimi. Beynalxalq Elmlər Akademiyasının həqiq üzvü, Revmatologiya İnstitutu
Sahib Musayev | |
---|---|
Doğum tarixi | 1952 |
Doğum yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili |
|
Mükafatları |
Sahib Musayevin ailəsi Qazaxstan Respublikasının Çimkənd vilayətinə sürgün edilib. O, 1952-ci ildə burada anadan olur. Əslən Borçalı mahalının Mameyi kəndindəndir. 1954-cü ildə ailəsi bəraət aldıqdan sonra buraya qayıtmışdır.
Orta məktəbi Qərbi Azərbaycanın Loru bölgəsinin Ləmbəli kəndində bitirib. 1966-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universitetinin) müalicə-profilaktika fakültəsinə daxil olub və 1975-ci ildə məzun olub.
2006-cı il iyunun 16-da Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir.[1]