Sahib Qarayev (Sahib Səhyəddin oğlu Qarayev; 25 sentyabr 1941, Qubadlı ) — "Tərəqqi" medalı, "Şərəf nişanı" ordeni, "Əmək veteranı" medalı, "Sosialist Müsabiqəsi Qalibi" nişanı təltifçisi[1].
Sahib Qarayev | |
---|---|
Sahib Səhyəddin oğlu Qarayev | |
Doğum tarixi | |
Doğum yeri | Çərəli kəndi, Qubadlı rayonu |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Sumqayıt şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | mühəndis-mexanik |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
Mükafatları |
Sahib Qarayev 25 sentyabr 1941-ci ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1959-cu ildə Hal kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt şəhərinə gəlmiş, “Sintezkauçuk” zavodunda çilingər peşəsi üzrə əmək fəaliyyətinə başlamışdır[2].
1960-cı ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş və istehsalatdan ayrılmadan ali təhsil almış, mühəndis-mexanik ixtisasına yiyələnmişdir[3].
Sahib Qarayev 8 iyun 2015-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir[2].
1967-ci ilə kimi həmin zavodda usta, növbə rəisi vəzifələrində çalişmişdır. 1967-ci ilin avqust ayından 1969-cu ilin aprel ayına kimi Sumqayıt Yük Avtomobil Bazasında avtodəstə rəisi, 1969-cu ildən 1972-ci ilə kimi Sumqayıt Sərnişindaşınma Avtobazasının baş mühəndisi, sonra rəisi, 1972-1975-ci illər Sumqayıt Sərnişindaşınma Avtobazasının müdiri, 1975-ci ildən 1982-ci ilin dekabr ayına qədər Sumqayıt Şəhər Avtonəqliyyat İstehsalat Birliyinin rəisi vəzifəsində çalışmışdır.
1982-ci ilin dekabr ayında Sahib Qarayev Bakı şəhərindəki Avtomobil Bazanın rəisi vəzifəsinə təyin edilmiş, 1985-ci ilin mart ayına qədər bu vəzifədə işləmişdir. Həmin ilin mart ayında o, yenidən Sumqayıt şəhərinə dəvət edilmiş və Avtonəqliyyat İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilmişdir. 1987-ci ilin sentyabr ayından 1988-ci ilin oktyabr ayına qədər Bakı Taksi Nəqliyyat idarəsi Baş direktorun müavini, 1988-ci ilin oktyabr ayından 1989-cu ilin sentyabr ayına qədər Bakı şəhəri 2 saylı Taksimotor parkının direktoru, 1989-cu ilin sentyabr ayından 1997-ci ilin yanvar ayına qədər Sumqayıt Avtokombinatının direktoru vəzifəsində işləmişdir[2].
1997-ci ilin yanvar ayından Azərbaycan Avtonəqliyyat Dövlət Konserninin nəzdində Sumqayıt Avtonəqliyyat İstehsalat Birliyinin Baş direktoru, 1999-cu ilin yanvar ayında səhmdar cəmiyyətin yaradılması ilə əlaqədar Sumqayıt Avtonəqliyyat Səhmdar Cəmiyyətinin sədri, 2001-ci ilin yanvar ayında Sumqayıt Şəhər Nəqliyyat Departamentinin sədri, 2002-ci ilin may ayında Sumqayıt Şəhər Lisenziyalaşdırma İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Sumqayıt Şəhər Lisenziyalaşdırma İdarəsinin ləğvi ilə əlaqədar 2002-ci ilin sentyabr ayından “Sumqayıt Sərnişin” ASC-nin sədri vəzifəsinə başlamış,ömrünün sonuna qədər həmin vəzifəni daşımışdır[2].
1976-ci ildən ardıcıl olaraq Sumqayıt Şəhər Sovetinin deputatı, 1999-cu ildən özünüidarəetmə orqanına- şəhər bələdiyyəsinə üzv seçilmiş, Rabitə və nəqliyyat məsələləri üzrə Komissiyanın sədri, Sumqayıt şəhər Ağsaqqalar şurasının sədr müavini, uzun müddət Nəqliyyat Nazirliyində Kollegiya üzvü olmuşdur.
Sahib Qarayev "Şərəf nişanı" ordeni, "Əmək veteranı" medalı, "Sosialist Müsabiqəsi Qalibi" nişanı ilə təltif edilmişdir. O, ictimai fəallığına və fəaliyyətinə görə bir çox fəxri fərmanlara, mükafatlara, diplomlara layiq görülmüşdür[1].
19 sentyabr 2014-cü ildə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[1].