Sahibqaraniyə sarayı (fars. کاخ صاحبقرانیه)- İranın paytaxtı Tehran şəhərinin şimalında yerləşən saray. 1850-ci ildə (hicri 1267) qacar şahzadəsi Nəsrəddin şah Qacarın sifarişi ilə tikilmişdir. Niavaran kompleksindəki yeganə Qacar sarayıdır. Sarayın sahəsi 110 ha-dır.[1]
Sahibqaraniyə sarayı | |
---|---|
کاخ صاحبقرانیه | |
35°48′37″ şm. e. 51°28′17″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | Tehran |
Yerləşir | Tehran |
Tikilmə tarixi | 1850-ci il |
Üslubu | fars memarlığı, Avropa |
Vəziyyəti | muzey |
Vikianbarda əlaqəli mediafayllar |
Saray Qacar şahzadəsi Nəsrəddin şahın iqamətgahı idi. Nəsrəddin şah hakimiyyətinin 31-ci ilində özünü "Sahibqara" sarayı da Sahibqaraniyə adlandırmışdır. Hələ Qacar hakimiyyəti zamanında bura yay sarayı idi. Daha sonra Pəhləvi hakimiyyəti zamanı Məhəmməd Rza şah Pəhləvi tərəfindən bura saray dəftəxanası kimi istifadə olunmağa başladı.
Rza şah dövrü
Rza şah dövründə saray Fövziyyə və Məhəmməd Rza Pəhləvinin nikah mərasimi üçün yenidən bərpa edilsə də həmin il şiddətli soyuqlar səbəbindən mərasim başqa binada baş tutmuşdur.[2]
Məhəmməd Rza şah dövrü
Məhəmməd Rza şah dövründə Fərəh Pəhləvi sarayın ilk mərtəbəsində əsaslı dəyişikliklə etmiş, birinci mərtəbə qonaqların qarşılanması və qəbulu üçün, ikinci mərtəbə isə şahın dəftərxanası kimi fəaliyyət göstərməyə başlamışdır. Binanın taxta qapı və pəncərləri rəngli şüşələrlə bəzədilmişdir.
Sarayda məşhur qacar rəssamı Kamilmülkün rəsmləri sərgilənir. Niavaran kompleksinin cənubunda yerləşən bu saray günümüzdə muzey olaraq fəaliyyət göstərir.
Sahibqaraniyə sarayı bir çox film və seriallara ev sahibliyi etmişdir. "Acı qəhvə" və "Kamilmülk" filmləri məhz burada çəkilmişdir.[3] 2019-cu ildə baş verən zəlzələdən sonra saraya cüzi ziyan dəydiyinə görə ilk mərtəbə və hovuz hissəsi yenidən bərpa edilmişdir. Bu zədələnmənin bir digər səbəbi isə qanunsuz qazıntılar hesab edilir.
Sarayda İran və Avropa memarlıq üslubuna rast gəlmək mümkündür. Şüşə dekorasiyası, portretlər, geniş vestibüller və pilləkənlər tarixi binanı sənət əsərinə çevirmişdir. Sarayın ilk mərtəbəsində hovuz var. Bu mərtəbə Nəsrəddin şah dövründə hərəmin girişi idi və hovuzxana adlanırdı. Birinci mərtəbənin naxışlı taxta tavanı Şirazdan gətirilmişdir. İlk mərtəbə memarlıq xüsusiyyətlərinə görə sarayın ən gözəl hissələrindən biri hesab olunur. Nəsrəddin şahdan sora Müzəffərəddin şah sarayda bəzi dəyişikliklər aparmış və hərəmin bir bölümünü ləğv etdirmişdir. İkinci mərtəbədə məşhur Cahan Namə və Ayinə salonları yerləşir. Bu mərtəbədəki salonları inşaası Nəsrəddin şah dövründə başlasa da Müzəffərəddin şah dövründə sona çatmışdır. Cahan Namə salonunun 4 otağı var. Şahın dəftərdarının otağı, hədiyyə otağı, dişçi otağı və hamam.