Sahil akkumulyasiyası

Sahil akkumulyasiyası (rus. аккумуляция береговая, ing. coastal accumulation) — dalğaların və onları müşayiət edən axınların fəaliyyəti zamanı dalğa sahəsində çöküntülərin toplanması. Çöküntülərin sahilboyu hərəkəti və ya sualtı yamacın yuyulma materiallarının dibdən gətirilməsi və akkumulyasiyası nəticəsində baş verir. Suüstü və sualtı /dib/ Ssahil akkumulyasiyası ayrılır.[1]

  1. Sahil akkumulyasiyası // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.