Şapurduxtaq — digər adı ilə II Şapurduxtaq,[1] 3-cü əsrin sonu, IV əsrin əvvəllərində Sasani kraliçası (banbişn), Sasani şahı Narsein (hökmdarlığı 293—302-ci illər) arvadı idi. Onun şah I Şapurun (240–270-ci illər) qızı olması iddia, lakin bu, mübahisəlidir.[2][3]
Onun adı Kəbə-ye Zərtoşt kitabəsində təxminən 262-cı ildə qeyd edilib. O, həyat yoldaşı Narsenin o dövrdə Sakastan valisi vəzifəsində çalışdığına görə saqan banbişn ("Saka kraliçası") tituluna sahib idi.[2] Narse 293-cü ildə taxta çıxanda Nəqşi-Rüstəmdə investitur relyefini düzəltdi, burada o, tez-tez ilahə Anahita olduğu güman edilən qadın fiqurdan padşahlıq üzüyü alarkən təsvir edilir. Lakin bəzi alimlər bunu kraliça Şapurduxtaq ola biləcəyini irəli sürürlər.[3][5]