"Sakit uşaq" (ing. The Silent Child) — işarət dilində[1] çəkilmiş Böyük Britaniya qısametrajlı bədii filmi. 2017-ci ildə Slick Films şirkətində istehsal olunmuş filmin rejissoru Kris Overtondur.[2] Baş rolu filmin ssenari müəllifi Reyçel Şenton ifa edir. Film Oskar mükafatının 90-cı təqdimat mərasimində "Ən yaxşı qısametrajlı bədii filmə görə" nominasiyasının qalibi olub.[3]
Sakit uşaq | |
---|---|
ing. The Silent Child | |
Janr | dram |
Rejissor | Kris Overton |
Prodüserlər |
Rebekka Harris Culi Foy Denni Omerod |
Ssenari müəllifi | Reyçel Şenton |
Baş rollarda |
Reyçel Şenton Meyzi Slay |
Operator | Əli Fərahani |
Bəstəkar | Əmir Koncani |
İstehsalçı | Slick Films |
İlk baxış tarixi | 8 avqust 2017, ABŞ |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 20 dəqiqə |
Ölkə |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Dillər |
ingilis dili Britaniya işarət dili |
İl | 2017 |
Rəng | rəngli |
IMDb | ID6186970 |
Film anadangəlmə eşitmə problemi olan 4 yaşlı balaca Libbidən bəhs edir. Qızcığaz səssizlik aləmində yaşayır. Lakin gözlənilmədən onun həyatında sosial işçi peyda olur və Libbiyə əhatəsində olan insanlarla ünsiyyət qurmağı öyrədir.
Film həyatda atası kar olan Şentonun şəxsi təcrübəsinə əsaslanır. Filmdə dərin eşitməzlik yaşayan uşağın obrazını kinoda ilk dəfə çəkilən 6 yaşlı Meyzi Slay ifa etmişdir.[4][5] Filmdə Britaniya işarət dilindən (BSL) istifadə olunmuşdur.
"Sakit uşaq" filmi 2017-ci ilin avqustunda Rod Aylend Beynəlxalq Film Festivalında "Ən yaxşı qısametrajlı film" nominasiyasının qalibi olmuşdur. Bu məqam filmin "Oskar"a yolunun açılmasında əsas rol oynadı. 2017-ci ilin dekabrında film "Oskar"ın "Ən yaxşı qısametrajlı bədii filmə görə" nominasiyasında yekun olaraq seçilmiş 10 filmin arasında yer aldı.[1][2] 23 yanvar 2018-ci ildə filmin Ən yaxşı qısametrajlı bədii filmə görə "Oskar" mükafatına namizəd göstərildiyi elan edildi və sonradan mükafatın sahibi oldu.[3] Mükafat Şentona təqdim edilərkən o öz çıxışını həm söz, həm də işarət dili üzərində qurdu.[6]
Mükafat | Təqdimetmə tarixi | Nominasiya | Namizəd | Nəticə | İst. |
---|---|---|---|---|---|
Oskar mükafatı | 4 mart 2018 | Ən yaxşı qısametrajlı bədii film | Kris Overton Reyçel Şenton |
Qazandı | |
Aestetika Qısametrajlı Film Festivalı | 12 noyabr 2017 | Tamaşaçı səsverməsi | Kris Overton | Qazandı | |
"York Yous" mükafatı | Kris Overton | Qazandı | |||
Hollivud Beynəlxalq Hərəkətli Şəkillər Film Festivalı | avqust, 2017 | Tanıtım mükafatı: qısametrajlı dram | Kris Overton | Qazandı | [7] |
Tanıtım mükafatı: 18 yaşdan aşağı aktrisa | Meyzi Slay | Qazandı | |||
London Müstəqil Film Mükafatı | avqust, 2017 | Ən yaxşı aktrisa | Reyçel Şenton | Qazandı | [8] |
Rod Aylend Beynəlxalq Film Festivalı | 13 avqust 2017 | Ən yaxşı aktrisa | Meyzi Slay | Qazandı | [9][10] |
Münsiflər heyətinin Qran-Pri mükafatı | Kris Overton | Qazandı |