Saksoniyalı Mariya Jozefina Amaliya

Mariya Jozefina Amaliya (isp. Maria Josepha Amalia Beatrix Xaveria Vincentia Aloysia Franziska de Paula Franziska de Chantal Anna Apollonia Johanna Nepomucena Walburga Theresia Ambrosia) (7 dekabr 1803 və ya 6 dekabr 1803[1], Drezden18 may 1829[2]) — İspaniya kralının xanımı.

Mariya Jozefina Amaliya
ƏvvəlkiMariya İzabella Braqanza
SonrakıSiciliyalı Kristina
Şəxsi məlumatlar
Doğum tarixi 7 dekabr 1803(1803-12-07) və ya 6 dekabr 1803(1803-12-06)[1]
Doğum yeri
Vəfat tarixi 18 may 1829(1829-05-18)[2] (25 yaşında)
Atası Saksoniyalı Maksimilyan
Anası Parmalı Karolina
Həyat yoldaşı VII Ferdinand
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası Reç Pospolita kralı III Avqustun nəvəsi Maksimilyan, anası isə Parma hersoqu Filippin nəvəsi Parmalı Karolinadır. Hələ 16 yaşında ikən İspaniya kralı VII Ferdinandla evləndi. İlk 2 nigahından varisi olmayan kralın hakimiyyəti təhlükə altında idi. Mariya Jozefina çox uşaqlılıqlarıyla məşhur olan Saksoniya şahzadələrindən olsa da, bu nigahdan övladı olmadı. Bu səbəblə saraydan ayrılaraq uzun müddət Aranxuaz sarayında yaşadı. Bu müddət ərzində cütlüyü barışdırmaq məqsədilə Roma papası VII Piy ona şəxsi məktub belə yazmışdı. Ancaq bunlar heç bir fayda vermədi və Mariya Jozefina 18 may 1829-cu ildə yüksək hərarət səbəbilə vəfat etdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • María Isabel de Braganza: la reina del Prado : edición conmemorativa del bicentenario de la Fundación Museo del Prado (1819–2019). Boletín Oficial del Estado. 2019. ISBN 978-84-340-2547-9

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Deutsche Nationalbibliothek Record #104189592 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Maria Josefa Amàlia de Saxònia // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.