Sakura Soqoro

Sakura Soqoro (佐倉惣五郎?, 1605sentyabr 1653) və ya Sakura SoqoXVI əsrin ikinci yarısında Yaponiyada yaşamış əfsanəvi fermer.[1] Əsl adı Kiuçi Soqorodur.[1]

Sakura Soqoro
yap. 佐倉惣五郎
Doğum tarixi 1605
Vəfat tarixi sentyabr 1653
Vətəndaşlığı
Fəaliyyəti fermer
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında[redaktə | mənbəni redaktə et]

Əfsanəyə görə Şimosa əyalətinin Sakura hanında[a] bir kənd başçısı olan Sakura Soqo ağır vergilərdən əziyyət çəkən kəndliləri xilas etmək üçün Sakura daymyosuna müraciət etmiş və regiondakı vergiləri azaltmasını istəmişdir.[1] Lakin müraciəti nəticəsiz qaldıqdan sonra təkbaşına Edo şəhərinə getmiş və birbaşa şoquna müraciət təqdim etmişdir.[1] Həmin dövrdə birbaşa şoquna müraciət təqdim etmək ölümlə cəzalandırılırdı.[1] Deyilənə görə şoqun onun müraciəti müsbət qiymətləndirərək vergiləri azaltmış, lakin Sakura və ailəsini edam etdirmişdir.

Sakura Soqoronun real şəxs olub-olmadığı mübahisə mövzusudur və onun mövcudluğu haqqında tarixi dəlillər çox azdır.[1] 1652-ci ilə aid fermer siyahısında Soqo adlı fermer də var.[1] 1722-ci ildə aid "Sakura fudoki" qəzeti Soqoro adlı birinin edamından bəhs etmişdir.[1] Buna baxmayaraq, Sakura Soqoro əfsanəsi kabuki tamaşalarından və populyar ədəbiyyatda çox istifadə edilən mövzuya çevrilmişdir.[1] Yaponiya kabuki drammaturqu Kavatake Mokuami ondan bəhs edən "Sakura qimin den" adlı kabuki yazmışdır.

Qeydlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 5. ISBN 0-87011-627-4. İstifadə tarixi: 10 iyul 2022.