Sakyurd — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı.
Sakyurd |
---|
Sakyurd - Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Azərbaycanlıların mənşəyi baxımından qiymətli toponimlərdəndir. E.ə. VII əsrdə Cənubi Qafqaza gəlmiş qədim türk mənşəli sak tayfasının adını əks etdirir. Dağın adındakı "yurd" sözü göstərir ki, dağ sakların maldar elləri üçün yaylaq yeri olmuşdur. Azərbaycanda Tuqyurd, Xəzəryurd, Çoryurd və b. tayfa adı ilə bağlı dağ adları kimi, Sakyurd dağ adı da sakların maldar el olduğunu göstərir. Azərbaycanda Sakdağ (Şəki rayonu) və Türkiyənin şərqində Sakdağ adları ilə mənşəcə eynidir.[1]