Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalə qaralama halındadır. |
Salam Sarvan (1966, Astraxanbazar rayonu) — Azərbaycanlı yazıçı, şair.[1]
Salam Sarvan | |
---|---|
Doğum tarixi | 1966 |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı, şair |
Əsərlərinin dili | azərbaycanca |
İstiqamət | şair, tərcüməçi |
Janr | şeir |
Tanınmış əsəri | "Heykəl Tənhalığı" |
Salam Sarvan - şair. 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. N.A.Voznesenski adına Leninqrad Mailiyə-iqtisad institutunu bitirib. Bakıda yaşayır. Ölkənin tanınmış media orqanlarında redaktor kimi çalışıb. Hazırda Dövlət Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalında Baş redaktor müavinidir.
"Sənə deyiləsi deyil sənə deyiləsi sözüm", "Mən gələr olmadım, yolu qarşıla", "Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir. Şeirləri ingilis, fransız, rus, türk, ukrayna, polyak, gürcü, özbək dillərinə tərcümə olunub.Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə "Boğulmaq da olmur, dayazdır dünya" kitabı ukrayn dilində nəşr edilib.[2]
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |