Salavat mağarası

Salavat mağarası[1][2] (başq. Салауат мәмерйәһе) — təbiət abidəsi, Başqırdıstanın İşimbayski rayonu ərazisində yerləşir.

Salavat mağarası
başq. Салауат мәмерйәһе
Yerləşməsi
53°36′04″ şm. e. 56°38′50″ ş. u.HGYO
Ölkə  Rusiya
Rayon
  • Başqırdıstan
Salavat mağarası xəritədə
Salavat mağarası
Salavat mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mağara Kalim-uskan qayasında yerləşir. 1985-ci ildən mağara, qaya ilə birlikdə qorunan təbiət abidəsi elan edilmişdir. Hazırda turizm obyekti kimi istifadə edilir.

Mağara Makarovski kəndindən yeddi kilometr aralıda, Kulqukinoya gedən yolun üzərində qərarlaşır. Rəsmi yerləşim yeri olaraq isə Makarovski meşə savxozu, Şixanov meşə sahəsi, 46 (19, 27, 28 görünüş) və 47 (26, 36, 37 görünüş) məhəllə

Qorunma obyekti

[redaktə | mənbəni redaktə et]
  1. Əsrarəngiz qaya və mağara.
  2. Ətraf ərazilərin meşə ilə örtülü olması və nadir bitkilər.
  3. Digər ərazilərdə müşahidə edilməyən mənzərə.
Mağaradan çaya açılan mənzərə

Kalim-uskan qayası Sikaya çayı ilə əhatələnmişdir. Salavat mağarasının girişi çay səthindən altı metr yüksəklikdə yerləşir. Mağaranın adı Salavat Yulaev haqqında filmindən götürülmüşdür. Filmdə Başqırdıstan ərazisində yerləşən fərqli iki mağara göstərilir. Bu ad xalq arasında olan deyimdən əmələ gəlmişdir.

Mağara üçküncdür. Aşağısı orta və yuxarı hissələrindən genişdir. Burada hündürlük 7-10 metrdir. Soldan döşəmə qalxır və kiçik zala keçir. Buradan isə ikinci mərtəbəyə keçid vardır. Girişdə diametri 1 metr olan dəlik vardır. Buradan isə mağaranın yuxarısına keçilir. Sonra isə diametri 60-70 sm olan keçid görünür.

Mağaranın girişi: eni 2,2 metr, hündürlüyü 1,5 metrdir. Burada içəri 6 metrlikdir. Sonradan giriş dəlizə keçir. Eni 6 metr hündürlüyü isə 3 metr olan və döşəməsi daşdan olan dəhliz horizontal olaran əyilir. Mağaranın ümumi uzunluğu 54 metr, sahəsi 125 m², həmi 311 m³ təşkil edir. Mağara okean səviyyəsindən 350 metr, yerdən isə 11 metr yüksəkliyə malikdir. Mağaranın daxili hissəsində 30 m² buzlaq vardır. Buzlaq hətta yayın sonnlarına qədər ərimir.

  1. Başqırdıstan ensiklopediyası[ölü keçid]
  2. "Vikipediyada". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-03.