Salaxana

SalaxanaNaxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində təbiət abidəsi.

Salaxana
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Babək rayonu
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Salaxana (Azərbaycan)
Salaxana

Salaxana ilə bağlı toponimlər xalq arasında "salaxan" adlandırılır. Salaxana dərəsi və ətraflı mürəkkəb tektonik quruluşa və relyefə malikdir. 4 km-ə qədər uzanan kanvoyları, çətin keçilən struktur terraslı S. dərəsi və onu əhatə edən bölgə, əsasən, sahəvi, pelitomorf, nazik təbəqəli və gilli-qumlu əhəngdaşılarından, gildən və konqlomeratlardan ibarətdir. Ərazisi zəngin subalp bitkiləri ilə örtülmüşdür. Yemişan, itburnu, qaraca (gərməşov), alça, armud, ardıc və s. bitir. dərənin sol sahili uca, sıldırımlı, sanki saldaşlarla hörül müş divarı xatırladan 25–30 metr hündürlükdə dik qayalıqdır. Vahimə doğu ran dərənin sonunda, sağ tərəfdə, qayaların arasında iki mağara var. Dərənin dibindən bir neçə metr hündürlükdəki böyük mağara min başdan artıq davar tutar. Mağaraya ancaq dağ yamacından daxil olmaq mümkündür. Birin cidən kiçik olan aşağıdakı mağaranın girişi qismən dolmuşdur. Bəzi tədqiqatçılar (O. Ş. Gökyay, F. Zeynalov, S. Əlizadə) S. toponiminin ərəbcə "salx", "sallax" (soymaq, dərisoyan) və farsca xana sözlərindən ibarət olub "dəri soyulan yer" mənasını bildirməsi, bəziləri (S. Babayev) isə xalis Azərbaycanca "sal" və "axan" söz birləşməsindən yaranması ehti malını irəli sürmüşlər. "Kitabi-Dədə Qorqud"da təkcə qoyunları deyil, adamları da yeyən təpəgözün (kəlləgözün) olduğu yer kimi bir neçə dəfə adı çəkilən "Salaxan qayası" ilə əlaqədar birinci ehtimal inandırıcı görünür.[1]

Salaxana mağarası "Kitabi-Dədə Qorqud" dastanlarındakı "Basatın Təpəgözü öldürdüyü boy"dadır. Tədqiqatçılar bu boyu və həmin boydakı mağaranı Antik yunan eposu olan Homerin məşhur "Odisseya" dastanındakı oxşar motivlərlə müqayisə edirlər. Azərbaycanın xalq yazıçısı Anarın ssenarisi əsasında 1975-ci ildə çəkilmiş "Dədə Qorqud" filmində Naxçıvan görüntülərindən istifadə olunmuşdur. İlk dəfə AMEA-nın müxbir üzvü S. Babayev "Naxçıvanda "Kitabi-Dədə Qorqud" toponimləri" adlı monoqrafiyasında Babək rayonu ərazisindəki Salaxana mağarasının "Kitabi-Dədə Qorqud" dastanındakı məlum süjetlərlə əlaqədar olduğunu elmi şəkildə əsaslandır mışdır. Digər toponimlərlə birlikdə Sallaxana mağarası yer adı da Naxçıvan diyarının qədim oğuz tayfalarına məxsus olduğunu bir daha təsdiq edir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.412  (az.)
  2. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.413  (az.)