Kövrək söyüd (lat. Salix × fragilis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Kövrək söyüd | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Kövrək söyüd |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Avropada, Qərbi Asiyada təbii halda yayılmışdır.
Hündürlüyü 15-20 m-ə, gövdəsinin diametri 1 m-ə çatan ağac və ya kol bitkisidir. Çətri şarşəkilli, salxımvaridir. Qabığı külvarı, dərin çatlıdır. Budaqları düz, bir qədər əyilmiş, çılpaq, parlaq, qırmızımtıl və ya yaşımtıl göy rəngdədir. Yarpaqları çılpaq, nazik, uzunluğu 5-7, 5 sm, eni 1,2 sm, yumurtavari, lansetvari, parlaq, kənarları dişlidir. Tumurcuqları tünd-qonur rəngli, bir qədər uzun, əyilmişdir. Sırğaları yarpaqlarla eyni vaxtda əmələ gəlib, uzunluğu 4-5 sm, meyvələrdə dişi sırğalar isə 6-7 sm uzunluğa çatır. İri sırğaları qırmızımtıl rəngli olub dekorativ görünüşlüdür. Kasacıqları sarımtıl-yaşıl və ya açıq sarı rənglidir. Erkəkcikləri 2, sərbəst, alt tərəfdən tükcüklüdür. Yumurtalığı çılpaq, yumurtavari-konusvari formalıdır, ayaqda yerləşir. Sütuncuğu qısadır. Dişicik ağızcığı ikiyə bölünmüş, qısa, şaxələnmiş pərlidir. Payızda yarpaqları yaşıl və ya sarımtıl olur. Kökləri yaxşı inkişaf edir.
Çaykənarı sahillərdə, bataqlıqlarda, çimli, gilli torpaqlarda yaxşı bitir. Şaxtaya davamlı, güclü küləklərə isə davamsızdır.
Azərbaycanda geniş becərilir.
Qiymətli balvericidir. Dekorativ məqsədlərlə oduncağından bəzək əşyaları, taxta qab düzəldilməsində, qabığı və budaqlarından isə hörmə əşyaların düzəldilməsində istifadə edilir. Eyni zamanda tikinti materialı olaraq müxtəif sahələrə tətbiq edilir. Yarpaqlı budaqları mal-qara tərəfindən yeyilir. Təbabətdə yarpaqlarından dərman düzəldilir.