Salix alifera

Yalançı-orta söyüd (lat. Salix pseudomedemii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.

Yalançı-orta söyüd
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazın bir neçə qoruqlarında, yaxın Şərqdə, Gürcüstanda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5-6 m olan kol və ya kiçik ağacdır. Budaqları tünd boz-qonur, çox qalın, möhkəm burulmuşdu. Yarpaqları sıx, al qırmızı, ellipsvari-uzunsov, (1,5-) 6-8,5 x (1-) 1,6-2,2 mm, ucu biz, üstü çılpaq, alt tərəfi zəif tükcüklü, saplağının uzunluğu 3-7 mm-dir. Erkək çiçəkləri 2 х 1,5 sm-dək, erkəkcikləri 2, bünövrəsində tükcüklü, tozluqları 0,4-0,5 mm; dişicik çiçəkləri silindvari, saplağı 7-12 mm, çiçək saplağı 2 mm-dir. Aprelin axırlarında çiçəkləyir. Dekorativ oduncağı çıxıntılıdır.

Çay sahillərində, meşədə dəniz səviyyəsindən 400-2350 m hündürlükdə kolluqlar əmələ gətirir. İşıqsevən mezofitdir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.

Çay kənarlarında, parklarda, bağlarda tək və qrup halında, canlı çəpərlərin salınmasında, müxtəlif əşyaların hazırlanmasında istifadə olunur.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Salix alifera Goerz
  • Salix fuscata Goerz
  • Salix neofuscata Kimura