Beşerkəkcikli söyüd — (lat. Salix pentandroides A. Skvots.). söyüdkimlər— (Salicaceae Lindl.) fəsiləsinə aid bitki növü.
Beşerkəkcikli söyüd | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Beşerkəkcikli söyüd |
||||
Beynəlxalq elmi adı | ||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.[1][2]
10–15 m hündürlüyündə, digər növlərə nisbətən gec böyüyən ağacdır. İlk budaqları zeytunu-qara, parlaqdır. Gövdəsinin qabığı boz, dərininə çatlıdır. Tumurcuqları yapışqanlı, çılpaq, parlaq olub, xırdadır. Yarpaqaltlıqları yumurtavri, vəzilidişli, erkən töküləndir. Cavan zoğları və yarpaqları yaöışqanlıdır, ətirlidir, silkələdikdə balzam iyi verir. Yarpaqları lansetvari və ya enli-lansetvridir, parlaqdır, ucu çəpinə sivridir. Hamaşçiçəkləri silindrşəkillidir, sıxdır. Erkəkcik sırğaları sərbəstdir, erkəkcikləri 4(3)-8-dir. Dişicik sırğaları sallaqdır, çiçək ballıqları 2-dir. Qutucuğu qısa saplaqlı, 10–11 sm-ə qədər uzunluğundadır, parlaqdır.[2][3]
Çiçəkləməsi iyun-iyul aylarına, meyvəverməsi avqust-sentyabr aylarına təsadüf edir.[4]Yuxarı dağ qurşağına qədər çay sahillərində az-az rast gəlinir. Tozlanması anemofil və entomofildir. Rütubətli yerlərdə bitir. Dekorativ və nektarlı bitkidir, bənd vurulmasında istifadə olunur. Qiymətli aşılayıcıdır. Qabığında və yarpaqlarında salisin vardır.[3]
Göy-göl rayonu ərazisində çox az rast gəlinir. Kiçik Qafqazın şimal hissəsidir (Göygöl sahili).[1][5]
Populyasiyanın ehtiyatı azdır. Yegane lokalitetində iqlim və antropogen təsirlərinə həssaslıq müşahidə olunur.[1]
Təbii bərpasının zəif getməsidir.[1][2]
Göygöl Milli Parkında mühafizə olunur.[1]
Salix pentandrifolia Sennikov
Salix skvortsovii Sennikov
http://dendrary.in-baku.com/?page_id=112 Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine