Beşerkəkcikli söyüd (lat. Salix pentandrifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.
Beşerkəkcikli söyüd | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Beşerkəkcikli söyüd |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
10–15 m hündürlüyündə, digər növlərə nisbətən gec böyüyən ağacdır. İlk budaqları zeytunu-qara, parlaqdır. Gövdəsinin qabığı boz, dərininə çatlıdır. Tumurcuqları yapışqanlı, çılpaq, parlaq olub, xırdadır. Yarpaqaltlıqları yumurtavri, vəzilidişli, erkən töküləndir. Cavan zoğları və yarpaqları yapışqanlıdır, ətirlidir, silkələdikdə balzam iyi verir. Yarpaqları lansetvari və ya enli-lansetvridir, parlaqdır, ucu çəpinə sivridir. Hamar çiçəkləri silindrşəkillidir, sıxdır. Erkəkcik sırğaları sərbəstdir, erkəkcikləri 4(3)-8-dir. Dişicik sırğaları sallaqdır, çiçək ballıqları 2-dir. Qutucuğu qısa saplaqlı, 10–11 sm-ə qədər uzunluğundadır, parlaqdır.
Çiçəkləməsi iyun-iyul aylarına, meyvə verməsi avqust-sentyabr aylarına təsadüf edir. Yuxarı dağ qurşağına qədər çay sahillərində az-az rast gəlinir. Tozlanması anemofil və entomofildir. Rütubətli yerlərdə bitir. Dekorativ və nektarlı bitkidir, bənd vurulmasında istifadə olunur. Qiymətli aşılayıcıdır. Qabığında və yarpaqlarında salisin vardır.
Göygöl rayonu ərazisində çox az rast gəlinir. Kiçik Qafqazın şimal hissəsidir (Göygöl sahili).
Populyasiyanın ehtiyatı azdır. Yeganə lokalitetində iqlim və antropogen təsirlərinə həssaslıq müşahidə olunur.
Təbii bərpasının zəif getməsidir.
Göygöl Milli Parkında mühafizə olunur.