Salnaməçi

Salnaməçi (Osmanlıca: Vak'a-Nüvis) Osmanlı İmperiyası dövründə səltənətin tarixi hadisələrini qeyd etmək üçün təyin edilmiş xüsusi insanlara verilən addır.

Salnaməçi bir dövlət məmurudur. Hər ilin sonunda onlar sarayda həmin il vəfat etmiş vacib insanların tərcümeyi-hallarını verməyə məcbur idilər. Osmanlıların öz tarixlərinin qeydinə göstərdiyi həssas qayğı nəticəsində, Osmanlı tarixi salnaməçilər tərəfindən təfərrüatlı şəkildə qorunub saxlanılmışdır.

Osmanlı tarixi haqqında məlumatların ən əhəmiyyətli hissəsi salnaməçilər vasitəsilə bu günümüzə qədər gəlib çatmışdır. Möhtəşəm Süleymanın hakimiyyəti dövründə rəsmi bir qurum olmuşdur. Divan-ı Hümayundan gələn ilk rəsmi salnaməçi Hələbdən olan Mustafa Naima, sonuncusu Əbdürrəhman Şərəf ƏfəndidirOsmanlı imperiyası tərəfindən yetişdirmiş ən böyük salnaməçi Əhməd Cövdət paşa sayılır. XVII əsrdə yaşayan Övliya Çələbi, Katib ÇələbiHələbdən olan Mustafa Naima da ilk tanınan salnaməçilərdəndir. Naima tarixi, Keşfüz Zunun, Miratül Memalik dövrün ən əhəmiyyətli əsərləridir. Bundan əlavə, Fatih Sultan Məhəmməd dövrünün məşhur salnaməçisi Tursun bəy idi.