Salsola mucronata

Noaea mucronata (lat. Noaea mucronata) — pəncərkimilər fəsiləsinin noaea cinsinə aid bitki növü.

Noaea mucronata
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İran və Naxçıvanda təsvir edilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15-40 sm olan şaxəli budaqlanmış yarımkolcuqdur. Gövdələri açıq-boz qabıqlı, qıvrılandır. Aşağı hissəsi odunlaşmışdır. Cavan zoğları sarımtıl, çox hallarda tüklüdür. Yarpaqları bizvari, uzunluğu 3–7 mm-dir. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşir. İyun ayında çiçəkləyir. Meyvələri qanadlı, sarı və ya narıncı rənglidir, sonra qaralır, üç qanad digərlərindən iri, böyrək şəkillidir. Meyvəsi oktyabr ayında olur.

Şoranlaşmış torpaqlarda və şorakətləşmiş gilli yamaclarda rast gəlinir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan düzündə (Naxçıvan, Ordubad), daşlı yamaclarda təbii halda bitir.

Tərkibində alkaloidlər vardır. Yaşıllaşdırmada istifadəsi öyrənilməmişdir.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.