Salvator Mundi

Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri.

Dünyanın xilaskarı
Rəssam Leonardo da Vinçi
Tarixi 1506-1513
Üslubu dini incəsənət[d]
Ölçüləri 65,6 sm × 45,4 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer
Saytı sanctions.nazk.gov.ua/en…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib.

Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər.

Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi[2].

"Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir.

  1. https://edition.cnn.com/style/article/salvator-mundi-leonardo-da-vinci-whereabouts/index.html.
  2. "A Long Lost Leonardo. artnews.com". 2011-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-06.