Aşağıdakı siyahıda bir rəsm əsərinə görə ödənilmiş bilinən ən böyük məbləğlər göstərilmişdir. Siyahıdakı ən erkən satış (Vinsent van Qoqun "Günəbaxanlar" əsəri) 1987-ci ilə aid olmaqla cəmi iki il əvvəl qeydə alınmış ən bahalı rəsm satışını dəfələrlə geridə qoymaqla, bahalı rəsm satışında yeni mərhələ başlamışdır. Bu satış həm də onunla diqqət çəkmişdir ki, "müasir" rəssamın (bu halda 1888-ci ilə aid) əsəri qədim ustadların adətən baha qiymətləndirilən əsərlərini geridə qoymuşdur. Hazırkı rekord qiymət Leonardo da Vinçinin "Dünyanın xilaskarı" əsərinin 2017-ci ilin noyabrında $450 milyona satılması ilə qeyd edilmişdir.[1][2]
Dünyanın ən məşhur əsərləri, xüsusilə qədim ustadların 1803-cü ildən əvvələ aid işləri adətən muzeylərdə və ya patronların nəzarətində saxlanılır. Muzeylər çox nadir hallarda belə əsərləri satırlar və buna görə də onlar qiymətsiz hesab edilirlər. Leonardo da Vinçinin "Mona Liza" portreti ən böyük sığorta dəyəri olan əsər kimi Ginnesin Rekordlar Kitabına salınmışdır. Luvr muzeyinin daimi ekspozisiyasına daxil olan "Mona Liza" 14 dekabr 1962-ci ildə $100 milyona sığortalanmışdır. İnfilyasiya nəzərə alınmaqla 1962-ci ilin qiyməti 2016-cı ildə $620 milyona bərabər olmuşdur.
Siyahıdakı ən erkən satış (Vinsent van Qoqun "Günəbaxanlar" əsəri) 1987-ci ilin martında həyata keçirilmişdir; £24.75 milyonla (2016-cı ildə £53.5 milyon) bu satış özündən əvvəlki ən yüksək nəticəni üç dəfə geridə qoymaqla bahalı rəsm satışında yeni mərhələ başlamışdır. Bundan əvvəl absolyut yüksək ödəniş Getti muzeyi tərəfindən Andrea Mantenyanın "Maqların sitayişi" əsərinə görə 18 aprel 1985-ci ildə Kristis hərrac evi vasitəsiylə edilmiş £8.1 milyon (2016-cı ildə £19.3 milyona bərabər) olmuşdur.[3] Daimi dollarla ən yüksək ödəniş 1987-ci ildə Milli Sənət Qalereyası tərəfindən Leonardo da Vinçinin "Cinevra de Bençinin portreti"nə görə Lixtenşteyn ailəsinə ödənilmiş $5 milyon (2016-cı ildə $28 milyona bərabərdir) olmuşdur. Vinsent van Qoqun "Günəbaxanlar" əsərinin satışı həm də onunla diqqət çəkmişdir ki, "müasir" rəssamın (bu halda 1888-ci ilə aid) əsəri qədim ustadların adətən baha qiymətləndirilən əsərlərini geridə qoymuşdur. Hazırda ən bahalı 79 əsər arasında cəmi 9 əsər 1875-ci ildən əvvələ aiddir, 1635–1874-cü illər arasında işlənmiş əsər isə siyahıya düşməmişdir.
İstisna hal Facebookun baş qərargahında divar rəsmi çəkmiş qraffiti rəssamı Devid Çodur. Facebook onun əməyini $200 milyona qiymətləndirmişdir.[4]
Vinsent van Qoq, Pablo Pikasso və Endi Uorhol siyahıda ən çox təmsil edilmiş rəssamlardır. Pikasso və Uorhol zəngin həyat sürsələr də, Van Qoq sağlığında yalnız "Arlda qırmızı üzümlük" əsərini 400 franka (2017-ci ildə təxminən $2000 bərabərdir) Belçika impressionist rəssamı Anna Boşa satmışdı.[5] Van Qoqun aşağıdakı siyahıda qeyd edilmiş doqquz əsərinin ümumi qiyməti 2016-cı ili infilyasiya nəticələri də nəzərə alınmaqla $885 milyona bərabərdir.
Qadın rəssam tərəfindən çəkilmiş əsərə görə rekord qiymət Corciya O’Kiffə aiddir. 20 noyabr 2014-cü ildə Kristal-Brics Amerikan İncəsənəti muzeyi onun "Jimson Weed/White Flower No. 1" əsərinə görə Sotbis hərrac evi vasitəsiylə $44.4 milyon (2016-cı ildə $45.5 milyona bərabərdir) ödəmişdir.[6][7]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
Aşağıdakı siyahı Daxili Dalğavari Məhsul Deflyatorunun infilyasiya 2016-cı ilə olan nəticələri nəzərə alınmaqla ABŞ dolları ilə göstərilib. Ehtiyac olduğu zaman əsərin satılması zamanı dolların məzənnəsi nəzərə alınmaqla ödənilmiş məbləğ dollara çevrilmişdir. İnfilyasiyanın tənzimlənməsi onun tempindən asılı olaraq dəyişkəndir. Valyuta məzənnəsinin dəyişməsi səbəbindən başqa bir valyutada olan siyahı bir az fərqli ola bilər.
Dəyişən qiymət (milyon) |
Orijinal qiymət (milyon) |
Rəsm | Foto | Rəssam | İl | Satış tarixi | Satış yeri |
Satıcı | Alıcı | Hərrac evi |
---|---|---|---|---|---|---|---|---|---|---|
$450.3 | $450.3 | Dünyanın xilaskarı | Leonardo da Vinçiyə aid edilir |
təxm. 1500 | 15 noyabr 2017 | 1 | Dmitri Rıbolovlev | Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti[8] | Kristis, Nyu-York[9] | |
~$304 | ~$300 | Interchange | Villem de Kuninq | 1955 | sentyabr 2015 | 1 | Devid Geffen Fondu | Kennet C. Qriffin | Gizli satış[10] | |
$270 + | $250 +[qeyd 1] | Kart oyunçuları | Pol Sezan | 1892/93 | aprel 2011 | 1 | Georgi Embirikos | Qətər dövləti | Gizli satış[11][12][13] | |
$213 | $210[14] | Nə vaxt evlənəcəksən? | Pol Qogen | 1892 | sentyabr 2014 | 2 | Rudolf Staşelinin varisləri | Qətər dövləti | Gizli satış[15] | |
~$203 | ~$200 | Nömrə 17A | Cekson Pollok | 1948 | sentyabr 2015 | 4 | Devid Geffen Fondu | Kennet C. Qriffin | Gizli satış[10] | |
$190 | $186 (€140) |
No. 6 (Bənövşəyi, yaşıl və qırmızı) | Mark Rotko | 1951 | avqust 2014 | 2 | Christian Moueix | Dmitri Rıbolovlev | İv Buvyenin vasitəçiliyi ilə gizli satış[16] | |
$182 | $180 (€160M for pair) |
Maerten Soolmans və Oopyen Koppitin portretləri | Rembrandt | 1634 | sentyabr 2015 | 4 | Erik de Rotşild | Reyksmyuzem and Luvr |
Gizli satış [17] | |
$181.7 | $179.4 | Əlcəzair qadınları | Pablo Pikasso | 1955 | 11 may 2015 | 4 | Şəxsi kolleksiya | Hamad bin Cassim bin Caber əl Tani[18] | Christie's, New York[19] | |
$172.6 | $170.4 | Uzanmış çılpaq | Amadeo Modilyani | 1917/18 | 9 noyabr 2015 | 6 | Laura Mattioli Rossi | Liu Yiqian[20] | Christie's, New York[21] | |
$164.5 | $140 | №5, 1948. | Cekson Pollok | 1948 | 2 noyabr 2006 | 1 | Devid Geffen | Devid Martinez | Sotbis vasitəsiylə gizli satış[22] | |
$165.0 | $165.0 | Şah əsər | Roy Lixtenşteyn | 1962 | yanvar 2017 | 10 | Aqnes Qund[23][24] | Stiven Koen[25] | Gizli satış | |
$161.6 | $137.5 | Qadın III | Villem de Kuninq | 1953 | 18 noyabr 2006 | 2 | Devid Geffen | Stiven A. Koen | Larri Qaqosyan vasitəsiylə gizli satış[26] | |
$158.7 | $135 | Adel Blox – Bauerin portreti | Qustav Klimt | 1907 | 18 iyun 2006 | 1 | Mariya Altmann | Ronald Lauder, Yeni Qalereya | Kristis vasitəsiylə gizli satış[27] | |
$161.5 | $155 | Yuxu | Pablo Pikasso | 1932 | 26 mart 2013 | 5 | Stiv Vinn | Stiven Koen | Gizli satış[28] | |
$137.7 | $82.5 | Həkim Qaşenin portreti | Vinsent van Qoq | 1890 | 15 may 1990 | 1 | Siqfrid Kramarskinin varisləri | Ryoei Saito[qeyd 2] | Kristis, Nyu-York | |
$150.0 | $150 | Adel Blox–Bauer II | Qustav Klimt | 1912 | 2016 | 14 | Opra Uinfri | Çinli naməlum alıcı | Larri Gagosyan vasitəsiylə gizli satış[31] | |
$148.4 | $142.4 | Lüsyen Freydin portreti üçün üç eskiz | Frensis Bekon | 1969 | 12 noyabr 2013 | 7 | [qeyd 3] | Elayni Vinn, Stiv Vinnin keçmiş həyat yoldaşı[34] | Kristis, Nyu-York[35] | |
$130.3 | $78.1 | Mulen de la Qalettdə rəqs gecəsi [qeyd 4] |
Pyer-Ogüst Renuar | 1876 | 17 may 1990 | 2 | Betsi Vitni | Ryoei Saito [qeyd 5] | Sotbis, Nyu-York | |
$$130.2 | $104.2 | Çubuqla oğlan | Pablo Pikasso | 1905 | 5 may 2004 | 3 | Qrintri Fondu (Vitni ailəsi) |
Gido Barilla (şübhəli)[36] | Sotbis, Nyu-York[37] | |
$127.0 | $119.9 | Fəryad[qeyd 6] | Edvard Munk | 1895 | 2 may 2012 | 8 | Petter Olsen | Leon Blek[38] | Sotbis, Nyu-York | |
$125 | $118 | Mavi yastıqda uzanmış çılpaq | Amedeo Modilyani | 1917 | 2012 | 8 | Stiven Koen | Dmitri Rıbolovlev | İv Buvye vasitəsiylə gizli satış[16] | |
$121.1 | $110.0 | Bayraq[qeyd 7] | Casper Cons | 1954 | mart 2010 | 7 | Jan-Kristof Kastelli | Stiven Koen | Gizli satış[39] | |
$117.2 | $106.5 | Çılpaq, yaşıl yarpaqlar və büst | Pablo Pikasso | 1932 | 4 may 2010 | 8 | Frensis Lasker Brodi | Leonard Blavatnik (şübhəli)[40][41] | Kristis, Nyu-York[42] | |
$103.8 | $58 | İosif Roulinin portreti | Vinsent van Qoq | 1889 | 1 avqust 1989 | 1 | Şəxsi kolleksiya, Sürix | Nyu-York Müasir İncəsənət Muzeyi | Toomas Ammann vasitəsiylə gizli satış[43] | |
$100.3 | $53.9 | Süsənlər | Vinsent van Qoq | 1889 | 11 noyabr 1987 | 1 | Coan Vitni Peysonun oğlu | Alan Bond[qeyd 8] | Sotheby's, New York | |
$111.9 | $95.2 | Dora Maar pişiklə | Pablo Pikasso | 1941 | 3 may 2006 | 5 | Gidvitz ailəsi | Bidzina İvanişvili[44] | Sotbis, Nyu-York[45] | |
$112.3 | $100.0 | Səkkiz Elvis | Endi Uorhol | 1963 | oktyabr 2008 | 10 | Annibal Berlinqieri | Qətər dövləti (şübhəli)[46][47] | Filipp Seqalot vasitəsiylə gizli satış[48] | |
$110.5 | $110.5 | Adsız | Jan-Mişel Baskiya | 1982 | 18 may 2017 | 28 | Yusaku Maezava | Sotbis, Nyu-York[49] | ||
$110.2 + | $105.7 +[qeyd 9] (¥10,300) |
Annanın işığı | Barnett Nyuman | 1968 | 4 oktyabr 2013 | 18 | DIC Corporation | Gizli satış[50][51][52] | ||
$109.9 | $105.4 | Gümüşü avtomobilin qəzası (İkiqat fəlakət) | Endi Uorhol | 1963 | 13 noyabr 2013 | 20 | Sotbis, Nyu-York[53] | |||
$101.0 | $71.5 | Rəssamın saqqalsız portreti | Vinsent van Qoq | 1889 | 19 noyabr 1998 | 5 | Jak Koerferin varisləri | Kristis, Nyu-York | ||
$104 | $100 | Mon-Sen-Viktor | Pol Sezan | 1904 | 2013[qeyd 10] | 20 | Edsel və Eleanor Fordların evi | Qətər dövləti[54] | Gizli satış[55][56] | |
$100.5 | $76.7 (£49.5) |
Məsumların qətliyamı | Piter Paul Rubens | 1611 | 10 iyul 2002 | 6 | Avstriya ailəsi | Kennet Tomson[qeyd 11] | Sotbis, London | |
$96.6 | $95.4 | Tibb bacısı | Roy Lixtenşteyn | 1964 | 9 noyabr 2015 | 30 | Kristis, Nyu-York[21] | |||
$96.9 | $86.3 | Triptix, 1976 | Frensis Bekon | 1976 | 14 may 2008 | 13 | Moueix ailəsi[58] | Roman Abramoviç[59] | Sotbis, Nyu-York[60] | |
$85.3 | $49.3 (F300) |
Pyerettanın toyu | Pablo Pikasso | 1905 | 30 noyabr 1989 | 3 | Fredrik Roos[61] | Tomonori Tsurumaki | Binoche et Godeau, Paris | |
$94.0 | $80.0 | Saxtta başlanğıc | Casper Cons | 1959 | 12 oktyabr 2006 | 11 | Devid Geffen | Kennet Qriffin | Riçard Qrey vasitəsiylə gizli satış[62] | |
$87.9 | $57 | Sərvlərlə taxıl zəmisi | Vinsent van Qoq | 1889 | may 1993 | 6 | Emil Georg Bürlenin oğlu | Uolter Annenberq[qeyd 12] | Stiven Mazoh vasitəsiylə gizli satış | |
$82.8 | $47.8 | Mən, Pikasso | Pablo Pikasso | 1901 | 9 may 1989 | 2 | Vendell Çerri | Stavros Niarkos | Sotbis, Nyu-York | |
$91.6 | $80.0 | Dörd Merlin | Endi Uorhol | 1964 | 20 may 2007 | 17 | Stefan Edlis | Stiven Koen | Larri Qaqosyan vasitəsiylə gizli satış[63] | |
$89.9 | $70.0 | Alfonso d'Avalosun zirehli geyimdə portreti | Tisian Veçellio | 1533 | noyabr 2003 | 10 | AXA sığorta şirkəti | Getti muzeyi | Herve Aaron vasitəsiylə gizli satış[64][65] | |
$92.0 | $86.9 | Narıncı, qırmızı, sarı | Mark Rotko | 1961 | 8 may 2012 | 26 | Devid Pinkusun varisləri | Kristis, Nyu-York[66] | ||
$90.4 | $80.5 (£40.9) |
Suzanbağıları ilə gölməçə | Klod Mone | 1919 | 24 iyun 2008 | 20 | J. İrvin və Ksenia S. Miller | Kristis, London[67] | ||
$84.2 | $60.5 | Küpə və keçə ilə natrümot | Pol Sezan | 1894 | 10 may 1999 | 9 | Vitni ailəsi [qeyd 13] | Sotbis, Nyu-York | ||
$86.2 | $84.2 | Qara alov I | Barnet Nyuman | 1961 | 13 may 2014 | 35 | Şəxsi kolleksiya | Anonim | Kristis, Nyu-York[69] | |
$83.4 | $72.8 | Ağ mərkəz (Qırmızı üzərində sarı, çəhrayı və lavender) | Mark Rotko | 1950 | 15 may 2007 | 19 | Devid Rokfeller | Həməd bin Xəlifə Al Sani[70] | Sotbis, Nyu-York[71] | |
$73.8 | $39.7 (£24.75) |
Günəbaxanlar | Vinsent van Qoq | 1888 | 30 mart 1987 | 1 | Helen Bitti | Yasuo Goto, Yasuda Comp. | Kristis, London | |
$83.9 | $81.9 | Üç Elvis | Endi Uorhol | 1963 | 12 noyabr 2014 | 40 | WestSpiel[72] | Kristis, Nyu-York[73] | ||
$82.1 | $71.7 | Yaşıl avtomobilin qəzası | Endi Uorhol | 1963 | 16 may 2007 | 21 | Şəxsi kolleksiya, Sürix | Filip Niarkos | Kristis, Nyu-York[74] | |
$83.0 | $81.9 | No. 10 | Mark Rotko | 1958 | 13 may 2015 | 43 | Kristis, Nyu-York[75][76] | |||
$82.7 | $80.8 | Con Edvardsın portreti üçün üç eskiz | Frensis Bekon | 1984 | 13 may 2014 | 39 | Şəxsi kolleksiya | Anonim | Kristis, Nyu-York.[69] | |
$81.4 | $81.4 | Ot tayası | Klod Mone | 1891 | 16 noyabr 2016 | 49 | Kristis, Nyu-York[77] | |||
$81.3 | $81.3 | Taxıl zəmisi | Vinsent van Qoq | 1889 | 13 noyabr 2017 | 52 | Nensi Li və Perri Bassın varisi | Kristis, Nyu-York[78] | ||
~$81 | ~$75 (€50–60)[qeyd 14] |
Darmştadt madonnası | Hans Holbeyn | 1526 | 12 iyul 2011 | 29 | Henrix Donatus Filipp Umberto Hesse | Reinhold Vürt | Kristof Qraf Duqlas vasitəsiylə gizli satış[79] | |
$78.7 | $70.6 (£50) |
Diana və Akteon | Tisian | 1556–1559 | 1 fevral 2009 | 26 | Sazerlend hersoqu | Şotlandiya Milli Qalereyası & London milli qalereyası |
Gizli satış[80][81][82] | |
$70.4 | $40.7 | Au Lapin Agile | Pablo Pikasso | 1904 | 27 noyabr 1989 | 5 | Coan Vitni Peysonun qızı | Uolter H. Annenberq | Sotbis, Nyu-York | |
$77.8 | $68 | Qrossun xəstəxanası | Tomas İkins | 1875 | 12 aprel 2007 | 21 | Tomas Cefferson Universiteti | Filadelfiya sənət muzeyi | Şəxsi satış[83] | |
$79.5 | $75.1 | No 1 (kral qırmızısı və mavi) | Mark Rotko | 1954 | 13 noyabr 2012 | 36 | Con və Anna Marion | Sotbis, Nyu-York[84] | ||
$69.3 | $38.5 (£20.9) |
Akrobat və gənc arlekin [qeyd 15] |
Pablo Pikasso | 1905 | 28 noyabr 1988 | 3 | Rocer Canssenin varisi (şübhəli) [qeyd 16] |
Mitsukoşi | Kristis, London | |
$74.8 | $55.0 | Əllərini bükmüş qadın | Pablo Pikasso | 1902 | 8 noyabr 2000 | 13 | MakKormik ailəsi, Çikaqo | Kristis, Nyu-York[85] | ||
$75.9 | $69.0 | Divanda oturmuş çılpaq ("La Belle Romaine") |
Amedeo Modilyani | 1917 | 2 noyabr 2010 | 33 | Halit Çınqıllıoğlu[86] | Sotbis, Nyu-York[87] | ||
$74.6 | $63.5 | Police Gazette[88] | Villem de Kuninq | 1955 | 12 oktyabr 2006 | 20 | Devid Geffen | Stiven Koen | Riçard Qrey vasitəsiylə gizli satış.[62] | |
$75.9 | $71.7 (£45) |
Diana və Kallisto | Tisian | 1556–1559 | 2 mart 2012 | 38 | Sazerlend hersoqu | Şotlandiya Milli Qalereyası & London milli qalereyası |
Gizli satış[89] | |
$71.4 | $70.5 | Adsız (Nyu-York şəhəri) | Say Tvombli | 1968 | 11 noyabr 2015 | 61 | Sidni İrmasın ailəsi | Kristis, Nyu-York[90] | ||
$68.9 | $49.5 | Bağda oturmuş qadın | Pablo Pikasso | 1938 | 10 noyabr 1999 | 13 | Robert Saydenberq [qeyd 17][92] | Sotbis, Nyu-York | ||
$67.8 | $47.5 | Kəndli qadın taxıl qarşısında | Vinsent van Qoq | 1890 | 1997 | 12 | Stiv Vinn[qeyd 18] | Acquavella Galleries Inc. vasitəsiylə gizli satış Nyu-York[94] | ||
$71.7 | $69.6 | Danışan Georq dayerin portreti | Frensis Bekon | 1966 | 13 fevral 2014 | Kristis, Nyu-York[95][96] | ||||
$71.3 | $69.6 | Adısz | Say Tvombli | 1970 | 12 noyabr 2014 | 55 | Nikola del Roskio[72] | Kristis, Nyu-York[97] | ||
$71.3 | $69.6 | Dörd Marlon | Endi Uorhol | 1966 | 12 noyabr 2014 | 55 | WestSpiel[72] | Kristis, Nyu-York[98] | ||
$70.1 | $70.1 | Formaların kontrastı | Fernan Leje | 1913 | 13 noyabr 2017 | 68 | Anna-Mariya və Stefan Kellen Fondu | Kristis, Nyu-York[99] | ||
$70.6 | $65.5 (¥425.5) |
Şam ağacında oturmuş qartal[100] | Qi Baişi | 1946 | 22 may 2011 | 38 | Liu Yiqian | Hunan TV & Broadcast Intermediary Co[101] |
China Guardian Auctions | |
$69.7 | $63.4 | Onun həyatında kişi | Endi Uorhol | 1962 | 8 noyabr 2010 | 37 | Xose Muqrabi | Hamad bin Xəlifə əl-Sani[102] | Phillips de Pury & Company[103] | |
$68.3 | $67.45 | La Gommeuse | Pablo Pikasso | 1901 | 5 noyabr 2015 | 63 | Bill Koş | Sotbis, Nyu-York.[104][105] | ||
$68.2 | $67.4 | Qadın büstü | Pablo Pikasso | 1938 | 11 may 2015 | 59 | Stiv Vinn | Cozef Lau[106] | Kristis, Nyu-York[19] | |
$60.9 | $35.2 | Halberdierin portreti | Pontormo | 1537 | 31 may 1989 | 5 | Çaunsi Stillman | Getti muzeyi | Kristis, Nyu-York | |
$67.2 | $66.3 | Aliskamp | Vinsent van Qoq | 1888 | 5 may 2015 | 60 | Sotbis, Nyu-York[107] | |||
$67.8 | $66.2 | Adsız | Mark Rotko | 1952 | 13 may 2014 | 54 | Şəxsi kolleksiya | Anonim | Kristis, Nyu-York[69] | |
$67.4 | $60.0 | Suprematist kompozisiya | Kazimir Maleviç | 1916 | 3 noyabr 2008 | 34 | Kazimir Maleviçin varisləri | Sotbis, Nyu-York[108] | ||
$66.3 | $66.3 | Adsız XXV | Villem de Kununiq | 1977 | 15 noyabr 2016 | 70 | Kristis, Nyu-York[109] | |||
$67.0 | $62.1 (¥402.5) |
Siçuan köçürülməsi[110] | Van Men | 1350 | 4 iyun 2011 | 42 | Beijing Poly Auction | |||
$66.7 | $65.1 | Bahar (Le Printemps) | Eduard Mane | 1881 | 5 noyabr 2014 | 57 | Getti muzeyi | Kristis, Nyu-York[111] | ||
$66.5 | $61.7 | 1949-A-No.1 | Klifford Still | 1949 | 9 noyabr 2011 | 44 | Denver şəhəri | Sotbis, Nyu-York[112] | ||
$62.8 | $45.1 $45,102,500 | Qara divanda çılpaq, 1932 | Pablo Pikasso | 1932 | 9 noyabr 1999 | Kristis, Nyu-York[113] | ||||
$63.7 | $63.7 | Oturmuş qadın | Pablo Pikasso | 1909 | 24 iyun 2016 | Sotbis, London[114] | ||||
$64.4 | $62.9 $62,885,000 | İrqi qarşıdurmalar | Endi Uorhol | 1964 | 13 may 2014 | 57 | Şəxsi kolleksiya | Anonim | Kristis, Nyu-York[69] | |
$45.5 | $44.4 | Ağ gül No. 1 | Corciya O’Kiff | 1932 | 20 November 2014 | Kristal-Brics Amerikan İncəsənəti Muzeyi | Sotbis, Nyu-York[115] |