Salvia rosmarinus

Salvia rosmarinus (lat. Salvia rosmarinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.

Salvia rosmarinus
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Aralıq dəniz sahili ölkələrində yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

1,5–2 m hündürlüyündə, həmişəyaşıl, sıx budaqlı koldur. Çохillik zoğları tünd boz, birillik zoğları isə açıq boz rəngdə, tükcüklü, qabığı soyulandır. Yarpaqlarının uzunluğu 1,5–3,5 sm və eni 0,2–0,4 sm olub, xətvari, üzbəüz düzülüşlü, oturaq, səthi dərili, kənarları isə aşağı əyilmiş, sadə quruluşludur. Alt tərəfdən sıx tükcüklərlə örtülü, bozumtul, üstdən isə parlaq, tünd-yaşıl rəngli və ətirlidir. Çiçəkləri ağ, tünd və ya açıq bənövşəyi rəngdə olub, xırda, sıx süpürgəvari çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi erkən yaşda müşahidə edilir, bütün il boyu çiçəkləyir və kolu tam örtür. Kök sistemi güclü inkişaf etmişdir. Tоxumları qonur rəngli və xırdadır. Tоxum, qələm və kolun bölünməsi ilə çoхaldılır.

İşıqsevən, quraqlığa, şoranlığa davamlı, torpağa az tələbkar bitkidir. Cavan bitkilər bəzən −70C temperatur şaxtada məhv olur. Çох nəmişliyi sevmir. Kolları budamaqla forma verdikdə uzun müddət həmin formanı saxlayır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeron, Gəncə, Qəbələ və Lənkəranda mədəni şəraitdə becərilir.

Efir yağları ilə zəngindir, ətriyyatda, bəzən çörək və qənnadı istehsalında istifadə edilir. Bitkidən, həmçinin yamacların bərkidilməsi və yaşıllaşdırılması üçün də istifadə edilir. Abşeronda park və bağlarda alçaqboylu bordyur kimi geniş tətbiq edilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Rosmarinus officinalis L.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Rosmarinus angustifolius Mill.
  • Rosmarinus communis Noronha
  • Rosmarinus flexuosus Jord. & Fourr.
  • Rosmarinus latifolius Mill.
  • Rosmarinus × lavandulaceus var. trogloditarum (Maire & Weiller) Rosua
  • Rosmarinus laxiflorus de Noé
  • Rosmarinus laxiflorus var. reptans Debeaux
  • Rosmarinus ligusticus Gand.
  • Rosmarinus officinalis var. angustifolius (Mill.) DC.
  • Rosmarinus officinalis var. angustissimus Foucaud & E.Mandon
  • Rosmarinus officinalis var. argentatus Alef.
  • Rosmarinus officinalis var. auratus Alef.
  • Rosmarinus officinalis var. flexuosus (Jord. & Fourr.) St.-Lag.
  • Rosmarinus officinalis var. latifolius (Mill.) DC.
  • Rosmarinus officinalis proles latifolius (Mill.) Rouy
  • Rosmarinus officinalis var. latifolius (Mill.) P.Fourn.
  • Rosmarinus officinalis f. laxiflorus (de Noé) Batt.
  • Rosmarinus officinalis subsp. laxiflorus (de Noé) Nyman
  • Rosmarinus officinalis var. laxiflorus (de Noé) Murb.
  • Rosmarinus officinalis subvar. macrocalyx Font Quer ex O.Bolòs & Vigo
  • Rosmarinus officinalis var. nutans Cout.
  • Rosmarinus officinalis subsp. palaui (O.Bolòs & Molin.) Malag.
  • Rosmarinus officinalis var. palaui O.Bolòs & Molin.
  • Rosmarinus officinalis var. prostratus Pasq.
  • Rosmarinus officinalis var. prostratus Mazziari
  • Rosmarinus officinalis var. rigidus (Jord. & Fourr.) St.-Lag.
  • Rosmarinus officinalis var. serotinus (Loscos) Loscos
  • Rosmarinus officinalis var. trogloditarum Maire & Weiller
  • Rosmarinus officinalis subsp. valentinus P.P.Ferrer, A.Guillén & Gómez Nav.
  • Rosmarinus officinalis var. vulgaris Alef.
  • Rosmarinus palaui (O.Bolòs & Molin.) Rivas Mart. & M.J.Costa
  • Rosmarinus prostratus H.J.Veitch
  • Rosmarinus rigidus Jord. & Fourr.
  • Rosmarinus serotinus Loscos
  • Rosmarinus tenuifolius Jord. & Fourr.
  • Salvia fasciculata Fernald
  • Salvia rosmarinus subsp. palaui (O.Bolòs & Molin.) P.P.Ferrer, E.Laguna, R.Roselló, Gómez Nav. & Peris
  • Salvia rosmarinus subsp. valentina (P.P.Ferrer, A.Guillén & Gómez Nav.) P.P.Ferrer, A.Guillén & Gómez Nav.