Sambek yüksəkliyi şöhrət memorialı — Rostov vilayəti Neklinnovski rayonu Sambek qəsəbəsindən bir qədər aralıda yerləşən memorial abidə kompleksi. Kompleks 130 və 416 atıcı diviziyalarının Taqanroqun alınmasındakı xidmətlərinə görə qoyulmuşdur. Bu diviziyalar fəxri "Taqanroq diviziyası" adın layiq görülmüşlər.
Sambek yüksəkliyi şöhrət memorialı | |
---|---|
47°19′00″ şm. e. 39°00′38″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Heykəltaraş | Elcan Şamilov |
Tikilmə tarixi | 1980 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Abidə kompleksinin müəllifi bakılı heykəltaraş Elcan Seyfulla oğlu Şamilov[1] və rostovlu V. İ. və İ. V. Qriqor[2].
Abidə kəndin ətrafında ən hündür nöqtədə, vaxtı mövcid olan səngərlərin yerində, pulemyotların yerləşdirildiyi ərazidə ucaldılmışdır.
Abidə iki beton lövhədən ibarətdir. Mərkəzdə ayrılmış abidə iki hissədən ibarətdir. Bu isə Taqanroqun azad olunmasında iştirak etmiş iki atıcı diviziyanı tərənnüm edir. Bu abidə bütün Rostov vilayəti ərazisində ən böyük memorial abidədir.
Abidə 7 may 1980-ci ildə Azərbaycan SSR MK baş katibi Heydər Əliyev başda olmaqla[3][4] Azərbaycandan gəlmiş nümayəndə heyətinin iştirakı ilə açılmışdır.
2014-cü ildə "Sambek yüksəkliyi"[5] hərbi-tarixi muzey kompleksinin tikintisi planlaşdırılır. Muzey Taqanroq şəhəri yaxınlığında Sambek kəndi ətrafında 5 min ha ərazini əhatə etməlidir.
6 may 2015-ci ildə muzey kompleksinin ilk təməl daşının qoyulması planlaşdırılırdı[6]. Axtarış qrupunun rəhbəri İqor Tretyakov 2015-ci ilin aprelində 59 alman 78 mm-lik mərmilər aşkarlanmışdır. Bu mərmilər səbəbindən təntənəli təməlqoyma mərasimi müəyyən müddətə təxirə salınmışdır[7].
30 avqust 2015-ci ildə Taqanroqun azad edilməsinin il dönəmində tikiləcək müzeyin yerindı muzey daşının açılışı olmuşdur
Muzey kompıeksinin eksponatlarla təmin edilməsi Taqanroq muzey-qoruğuna həvalə edilmişdir[8]. 2015-ci ildə gələcək "Sambek yüksəkliyi" muzeyinin inşası üçün xeyriyyə fondu yaradılmışdır.