Samirə Musa

Samirə Musa (ərəb. سميرة موسى‎; 3 mart 19175 avqust 1952, Kaliforniya) — Misir atom və tibbi fizika üzrə professoru, sülh naminə atom konfransının təşkilatçısı.

Samirə Musa
ərəb. سميرة موسى
Doğum tarixi 3 mart 1917(1917-03-03)
Vəfat tarixi 5 avqust 1952(1952-08-05) (35 yaşında)
Vəfat yeri
Elm sahələri Nüvə fizikası
İş yeri
  • Qahirə Universiteti[d]
Təhsili
  • Qahirə Universiteti[d] (19351939)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O Misirdə doğulmuş və Qahirə Universitetində təhsilini davam etdirmişdir. Onun həyatının elmi hissəsi daha çox yayqın olduğundan elmi fəaliyyətini işıqlandırırıq.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1952-ci ildə ABŞ-yə etdiyi səfər zamanı S. Musanın ABŞ-nin gizli atom obyektlərini girişinə icazə verildiyi üçün akademik dairələrdə ağdərili olmasına baxmayaraq həmin obyektlərə baxış keçirilməsinə icazə verilməsi ciddi narazıçılıqlara səbəb olmuşdu. Səfər zamanı ona ABŞ-də qalması və ABŞ üçün işləməsi təklif edilsə də, o Qahirəyə dönəcəyini və öz bilgilərini Misir üçün xərcləyəcəyini bildirir. "Sülh naminə Atom" konfransının təşkilatçısı olan S. Musa, nüvə vasitəsilə xəstələrin müalicəsinin hər kəsə əlçatan olması üçün çalışırdı.[2]

Terror şübhəli vəfatı

[redaktə | mənbəni redaktə et]

Misirin nüvə silahına yiyələnə biləcəyi qorxusundan bəzi xarici dairələr S. Musa ilə rəfiqə olam misirli aktrisa Raqiyə İbrahimi öz sıralarına cəlb edir. S. Musanın açarını oğurlayan R. İbrahim açarı sabuna batırır. Sabunda açarın izilə açarın eynisini düzəldən R. İbrahimin S. Musanı evinə qonaq dəvət etməsindən istifadə edərək evə daxil olaraq onun elmi işlərilə tanış olur. R. İbrahim S. Musa ilə arasının pozulmasına səbəb R. İbrahimin ona ABŞ-yə köçərək orada işləməsini təklif etməsi və qəbul etməyəcəyi təqdirdə bunun ona baha başa gələcəyilə təhdid etməsi olur. S. Musa təklifi qəbul etmir və təhdidlərə də məhəl qoymur. ABŞ-yə etdiyi səfər zamanı evə dönməsini planlaşdırdığı zaman onu daha bir nüvə mərkəzinə baxmaq üçün dəvət edirlər. Avtomobil qəzası da məhz bu səfər zamanı baş verir. Öz bilgilərilə nəinki Misirdə hətta ABŞ-də da tanınan S. Musa ABŞ-yə etdiyi səfər zamanı onun idarə etdiyi abtomobil 40 fut hündürlükdən aşmışdır. Qəza nəticəsində S. Musa vəfat edir.[3]

  1. بلال, عبد الله. اغتيال العقل العربي: سيرة ذاتية لأولى شهداء العلم د.سميرة موسى. مصر: دار الامين للنشر و التوزيع. 2000.
  2. "20th Century Muslim Scientists — Sameera Moussa". 2016-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  3. "Sameera Moussa: The Egyptian nuclear scientist hoped her work would lead to affordable medical treatments and the peaceful use of atomic energy". 2020-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Misirli nüvə və tibbi fizik: Samirə Musa