Samir Ceyhun oğlu Qulamov (21 oktyabr 1977, Bakı) — Azərbaycan aktyoru, quruluşçu rejissor, ssenarist və prodüser.
Samir Qulamov 21 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb (Xalq artistləri Azərpaşa Nemətov və Əliabbas Qədirovun kursu.) (1995–2000). Bundan başqa Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin "Ali ssenari və rejissorluq" fakültəsi (2007–2009) , Amerika — Azərbaycan kinorejissorluq kursu (2009) , Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" fakültəsində təhsil almışdır (2009–2011).
Ailəlidir, iki oğlu var.
İndiyə qədər 12 tamaşaya quruluş verib, 17 tamaşada rol almışdır. Ümumilikdə 34 dövlət tədbirinin rejissoru olmuşdur. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 1-ci "Star" film festivalı təşkilat komitəsinin üzvü olmuşdur. Əlavə olaraq "Azərbaycan ailəsi" film festivalının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi ilə birgə yaradıcısı və münsiflər heyətinin üzvü olmuşdur.(Tərəfdaş nazirliklər: Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi). 3 Serial, bir neçə tam və qısa metrajlı filmlərin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur. 2006-cı ildə "Artist" kino şirkətini təsis etmişdir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor (2019 — davam edir) kimi işləyir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor (2000–2006), Space Müstəqil Teleşirkətində rejissor (2002–2004), İctimai Tv — də rejissor (2005–2006), Şuşa Dövlət Musiqili Dram Teatrında quruluşçu rejissor (2006–2007), Zaman Teatrında quruluşçu rejissor (2006–2008), Sumqayit Dövlət Dram Teatrında quruluşçu rejissor (2007–2008), Azərbaycan Dövlət Televiziyasında (AzTv) rejissor (2007–2009) , Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor və rejissor (2006–2012) kimi işləmişdir.
- "Fenomen Academy" tərəfindən verilən — Ümummili lider Heydər Əliyev — 100 "Qaliblər" mükafatı (2023)
- Xalq artisti Hüseynağa Sadıqov adına "Büllur alma" mükafatı — İlin ən sevilən tamaşası (2022)
- İranın "Fəcr" beynəlxalq teatr festivalında — Peşəkar tamaşa mükafatı (2022)[1]
- Xalq artisti Hüseynağa Sadıqov adına "Büllur alma" mükafatı — İlin ən yaxşı işgüzar rejissoru (2021)[2]
- Yeni Azərbaycan Partiyası tərəfindən mükafatlandırılmışdır — İlin ən yaxşı rejissoru (2013)
- Mədəniyyət Nazirliyi, İdman və Gənclər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi tərəfindən diplom ilə təltif olunmuşdur. (2008)
- "Gənc rejissorlar" teatr festivalında Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının diplomları ilə təltif olunmuşdur. (2007)
- Mədəniyyət Xadimlərinin Həmkarlar Konfederasiyası tərəfindən mükafat — İlin fəal ictimaiyyətçisi (2005)
- "Poqanini" (hal-hazırda məşqlər davam edir) — pyesin müəllifi və quruluşçu rejissor
- "Leyli və Məcnun" əsəri (hal-hazırda məşqlər davam edir) — quruluşçu rejissor və libretto müəllifi[3]
- "Paris Notr-Dam kilsəsinə ithaf" (V. Hüqo) — quruluşçu rejissor və libretto müəllifi[4][5][6][7]
- "Bir nəfəs qədər" — pyesin müəllifi və quruluşçu rejissor[8][9][10][11]
- "Məchul pilləkən" — quruluşçu rejissor[12][13][14]
- "Paris Notr-Dam Kilsəsi" — quruluşçu rejissor
- "Ağ qayıq" (E. Abdullayev)[15] — quruluşçu rejissor
- "Məbəs" — quruluşçu rejissor
- "Hidayət qapısı" — quruluşçu rejissor
- "Başsız qalan qoşun" — quruluşçu rejissor
- "Əmanət" — quruluşçu rejissor
- "Sevgi Qurbanı" — quruluşçu rejissor
- "Eşq" — quruluşçu rejissor
- "Ağ bayraqlar" (N. Dumbadze)[16] — quruluşçu rejissor
- "Dirilən adam" (Mir Cəlal Paşayev) — baş rol (Qədir)
- "Afət" (H. Cavid) — əsas rollardan biri
- "Eşq və intiqam" (S. S Axundov) — əsas rollardan biri (Səfi bəy)
- "Rəqabət" (B. Vahabzadə) — əsas rollardan biri (Rizvan)
- "Hamlet" (V. Şekspir) — əsas rollardan biri (Bernardo və Fortenbrans)
- Xarı bülbül əfsanəsi (2023, qısametrajlı bədii film) — quruluşçu rejissor və ssenari müəllifi[17]
- Təki vətən sağ olsun (2022, qısametrajlı bədii film) — quruluşçu rejissor və ssenari müəllifi[18][19]
- Sündü (2021, qısametrajlı film) — quruluşçu rejissor və ssenari müəllifi[20][21]
- Laçına ithaf (2021, qısametrajlı film) — quruluşçu rejissor və ssenari müəllifi[22][23][24]
- Əsirlikdən qayıdan lampa (2021, qısametrajlı film) — quruluşçu rejissor və ssenari müəllifi[25][26][27]
- Böyük qayıdış (2021, qısametrajlı film) — quruluşçu rejissor və ssenari müəllifi[28][29]
- Döyüşən teatr (2020, sənədli film) — quruluşçu rejissor və ssenari müəllifi[30][31]
- Sevgi naminə (2018–2019, bədii serial) — quruluşçu rejissor və ssenari müəllifi
- Ümidlər puç olanda (2018, tammetrajlı bədii film) — quruluşçu rejissor[32]
- Mən klounam (2017, tammetrajlı bədii film) — quruluşçu rejissor və ssenari müəllifi[33]
- Qayıdış (2016, tammetrajlı bədii film) — ikinci rejissor, aktyor
- Canavar qoxusu (2014, tammetrajlı bədii film) – quruluşçu rejissor, ssenari müəllifi, baş prodüser
- Sonun başlanğıcı (2012–2013, bədii serial) — quruluşçu rejissor, ssenari müəllifi
- Tərsinə çevrilmiş dünya (2011, tammetrajlı bədii film) — aktyor
- Küləklər şəhəri (2011, bədii serial) – quruluşçu rejissor və ssenari müəllifi[34]
- Tunel (2009, tammetrajlı bədii film) — aktyor
- Sevimli xəstə (bədii serial) — aktyor (Rəcəb)
- Üşüyən ümid (2009, qısametrajlı bədii film) – quruluşçu rejissor
- Acılar bitməz (2009, tammetrajlı bədii film, bədii serial) — aktyor (Əli)
- Cavid ömrü (2007 , tammetrajlı bədii film) — aktyor (Elxan)
- Sonuncu şahid (2004, bədii serial) — aktyor (Azər Səmədzadə)
- Bəyaz həyat (2003, bədii serial) — aktyor (Akif)
- Atillanın atlıları (2002, tammetrajlı film — tamaşa) — aktyor (əsgər)
- "Qazan xanın evinin yağmalanması" boyu (Dədə Qorqud dastanının motivləri əsasında) (2000, Televiziya filmi) — aktyor (baş rol, Uruz)