Samir Musa oğlu Rzayev (9 may 1980, Bakı) — "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti (22 fevral 2024-cü ildən). Samir Rzayev daha öncə "Azərbaycan Hava Yolları" QSC-nin birinci vitse-prezidenti (2022–2024) və prezident vəzifəsini müvəqqəti icra edən (2023–2024) olub.
Samir Rzayev | |
---|---|
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti | |
Vəzifədədir | |
22 fevral 2024-cü ildən | |
Əvvəlki | Cahangir Əsgərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Təhsili |
Samir Musa oğlu Rzayev 1980-ci il mayın 9-da Bakıda anadan olub. 1997–2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi iqtisadiyyat fakültəsində bakalavr təhsili alıb. 2001–2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi iqtisadiyyat üzrə magistr təhsili alıb. 2003–2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində Maliyyə və investisiya üzrə magistr təhsili alıb.[1] 2001 oktyabr — 2003 sentyabr — Azərbaycan Respublikasının Mərkəzi Bankında İqtisadçı vəzifəsində çalışıb. 2004 sentyabr — 2005 iyul — Azərbaycan Respublikasının Mərkəzi Bankında Aparıcı iqtisadçı vəzifəsində çalışıb. 2005 iyul — 2007 mart — Azərbaycan Respublikasının Mərkəzi Bankında Xarici ehtiyatların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. 2007 mart — 2008 yanvar — "PAŞA İnşaat" MMC-də Maliyyə direktoru vəzifəsində çalışıb. 2008 yanvar — 2009 mart — "PAŞA İnşaat" MMC-də Kommersiya direktoru vəzifəsində çalışıb.[1] 2009 mart — 2016 oktyabr — Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda Xəzinədarlıq şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 2016 oktyabr — 2017 iyul — Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda Baş maliyyə direktoru vəzifəsində çalışıb. 2017 avqust — 2022 fevral — "Azərbaycan Supermarket" MMC-də Ticarət direktoru vəzifəsində çalışıb. 2022 fevral — 2022 noyabr — Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti vəzifəsində çalışıb.[2] 2022 noyabr — 2024 fevral — Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Azərbaycan Hava Yolları" QSC-nin birinci vitse-prezidenti vəzifəsində çalışıb.[3] 22 fevral 2024-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti təyin edilib.[3]