Bu məqalə qaralama halındadır. |
Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZAL — Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir.
AZAL (Azərbaycan Hava Yolları) | ||||
---|---|---|---|---|
|
||||
Təsis olunub | 7 aprel 1992 | |||
Mərkəz hava limanı | Heydər Əliyev | |||
Donanma ölçüsü | 27 (+12 sifariş olunub) | |||
Alt şirkət | Buta Airways | |||
Təyinat məntəqələri | 35 | |||
Qərargahı | Azərbaycan, Bakı | |||
Rəhbər | Samir Rzayev | |||
Saytı | azal.az | |||
Vikianbarda əlaqəli mediafayllar |
7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir.
Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir.
Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir.[1]
1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır.
1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır.
1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
1999-cu ildə Bakı hava limanında yeni beynəlxalq terminal açılmışdır.
2000-ci ildə "Azərbaycan Hava Yolları" ilk Boeing 757–200 tipli təyyarələr almışdır.
2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin qərarı ilə "Binə" hava limanı "Heydər Əliyev Beynəlxalq Aeroportu" adlandırılmışdır.
2004-cü ildə Naxçıvan şəhərindəki hava limanı beynəlxalq hava qovşağı statusu almışdır.
2005-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni yük terminalı (Baku Cargo Terminal) açılmışdır.
2008-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "AZAL" dövlət konserninin yenidən təşkili yolu ilə "Azərbaycan Hava Yolları" QSC yaradılmışdır.
2009-cu ildə əsaslı yenidənqurmadan sonra Zaqatala və Lənkəran hava limanları beynəlxalq status almışdır.
2011-ci ildə Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatası (EEIG) tərəfindən "Azərbaycan Hava Yolları" QSC-yə Avropa Xidmət Standartı verilmişdir.
2011-ci ildə "Azərbaycan Hava Yolları"nın parkına "Boeing 767–300ER" tipli təyyarələr əlavə olunmuşdur.
2013-cü ildə "Azərbaycan Hava Yolları" Airbus A340–500 tipli uzaq magistrallı sərnişin təyyarələri almışdır.
2013-cü ildə Yevlaxda "Azalaqro" aviaşirkəti açılmışdır.
2014-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksi (Terminal 1) istifadəyə verilmişdir.
2014-cü ildə "Azərbaycan Hava Yolları"nın donanmasına Boeing 787–8 Dreamliner tipli təyyarələr əlavə edilmişdir.
2014-cü ildə "Azərbaycan Hava Yolları" aviaşirkətinin hava gəmiləri parkına Braziliya istehsalı olan Embraer 190 və Embraer 170 tipli reaktiv təyyarələr əlavə olunmuş və 2017-ci ildə həmin təyyarələr "Azərbaycan Hava Yolları" aviaşirkətinin törəmə müəssisəsi olan "Buta Airways" aşağıbüdcəli aviaşirkətinə verilmişdir.
2014-cü ildə "Azərbaycan Hava Yolları" Bakıdan Nyu-Yorka müntəzəm transatlantik uçuşlar yerinə yetirməyə başlamışdır.
2015-ci ildə Britaniyanın "Skytrax" konsaltinq şirkəti tərəfindən Azərbaycanın milli aviadaşıyıcı "4 ulduz" reytinqinə layiq görülmüşdür.
2016-cı ildə Azərbaycan Amerika Birləşmiş Ştatları ilə "Open Skies" sazişi imzalamışdır.
2016-cı ildə AZAL QSC-nin tərkibində Embraer tipli hava gəmilərindən ibarət Azərbaycanın ilk aşağı büdcəli Buta Airways aviaşirkəti yaradılmışdır.
2018-ci ildə "Skytrax" şirkətinin versiyasına görə "Azərbaycan Hava Yolları" aviaşirkəti Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılmışdır.
2018-ci il iyun ayından Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azəraeronaviqasiya" HHİ-nin nəzdində Azərbaycan Hava Məkanına Nəzarət və Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılışı olub.
2021-ci ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutub.
2022-ci ilin oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutub.
2023-cü ilin aprelində AZAL 12 Airbus A320neo ailə təyyarəsinin, o cümlədən A320neo və A321neo laynerlərinin tədarükü ilə bağlı müqavilə imzalayıb.[2] 2028-ci ildən etibarən hər il 4 təyyarənin istismara verilməsi planlaşdırılır.[3]
2023-cü il oktyabr ayında Azərbaycan Hava Yolları" və "Buta Airways" sərnişinlərə daha yaxşı xidmət göstərmək məqsədilə vahid brend altında birləşdi.
AZAL Azərbaycanda böyük ziyanla fəaliyyət göstərən dövlət şirkətlərindən biridir. Hava nəqliyyatında sərnişin daşımaları artsa da, aviaşirkətin ziyanının 1999-cu il ilə 2013-cü il arasında 500 milyon manata çatdığı açıqlanıb. "AZAL" QSC 2000-ci ildən ziyanla işləməyə başlayıb. Rəsmi məlumatlarda aviaşirkətin 1996–1998-ci illərdə çox böyük mənfəətlə işlədiyi bildirilib. 2000-ci ildə şirkət sərnişin daşımalarından 33 milyon manat əldə etsə də, ümumilikdə 7,4 milyon manat ziyan edib. 2008-ci ildə sərnişin daşımalarından 203 milyon 887 min gəlir ədldə edən şirkətin ziyanı 11,3 milyon manat olub. 2009-cu ildə şirkət 254 milyon 247 min manat gəliri müqabilində ili 98,8 milyon manat, 2010-cu ildə 252 milyon 175 min manat gəlir müqabilində 119,8 mln manat ziyanla başa vurub. 2011-ci ildə ziyan bir qədər azalsa da, kifayət qədər böyük olub – 63 milyon manat. 2012-ci ildə isə bu rəqəm 33,2 milyon manata düşüb. Qəribədir ki, AZAL-ın sərnişindaşımaları artdıqca ziyanı da daha da böyüyüb. Belə ki, 1998-ci ildə cəmi 833 min sərnişin daşındığı halda aviaşirkət 40,3 milyon manat gəlir əldə edib. Ancaq 2007-ci ildə 1 milyon 526 min, 2011-ci ildə 1 milyon 394 min, 2012-ci ildə isə rekord səviyyəydə — 1 milyon 600 min nəfər sərnişin daşındığı halda aviaşirkətl böyük ziyan edib. AZAL maliyyə hesabatlarını açıqlamadığından bu ziyanın səbəbləri də qaranlıq qalır. AZAL bilet satışından beynəlxalq daşımalar üzrə orta hesabla 181,5 manat, yerli daşımalar üzrə 49 manat gəlir əldə etsə də, bu qədər ziyanın haradan qaynaqlandığı rəsmi olaraq bilinmir. Digər tərəfdən AZAL xərclərinin artım tempi gəlirlərin artımını orta hesabla 20 faizə yaxın üstələyib. Bunun səbəbi isə izah olunmur. Rəsmən zərərli Bakı-Naxçıvan-Bakı marşrutları ilə uçuşlar hesab edilir ki, bununla əlaqədar da dövlət hər il AZAL-a 12 mln manat subsidiya ödəyir. Hər iki istiqamətdə biletlərin qiyməti 140 manat təşkil edir, onun 40 manatı dövlət büdcəsindən ödənilir. Ayrı-ayrı media orqanları bu illər ərzində zərərin səbəblərini aydınlaşdırmaq üçün dəfələrlə AZAL QSC-yə yazılı sorğu göndərsə də, şirkət maliyyə göstəricilərini şərh etməkdən imtina edib və bunu kommersiya sirri ilə əsaslandırıb.
AZAL-ın daşımalar üzrə və digər gəlirləri 2021-ci ildə 491 milyon 750 min manat ikən, 2022-ci ildə 1 milyard 149 milyon 954 min manata yüksəlib (658 milyon 204 min manat və ya 2,3 dəfə artıb).
Həmçinin 2022-ci il üzrə AZAL dövlətdən 108 milyon 809 min manat subsidiya alıb. Şirkət 2021-ci ildə dövlətdən 98 milyon 909 min manat subsidiya almışdı.
2022-ci ildə AZAL-ın cəmi əməliyyat gəlirləri 1 milyard 298 milyon 578 min manat, cəmi əməliyyat xərcləri 1 milyard 40 milyon 625 min manat, cəmi əməliyat mənfəəti 257 milyon 953 min manat olub.
AZAL-ın İdarə Heyətinin (İH) tərkibi — prezident, birinci vitse-prezident və vitse-prezidentlərindən ibarətdir. Prezident Samir Rzayev, I vitse-prezident Sabir İlyasov, vitse-prezidentlər isə İlham Əmirov, Fərdil Məmmədov.
Təyyarənin tipi[4] | Sayı | Sifarişlər | Sərnişinlər | Qeydiyyat nişanı | |||
---|---|---|---|---|---|---|---|
B | PE | E | Cəmi | ||||
Airbus A319–100 | 4 | 0 | 8 | 114 | 122 | 4K-AZ03 "Ganja", 4K-AZ04 "Guba", 4K-AZ05 "Gazakh",4K-8888 "Baku"(Azərbaycan hökumətinə məxsusdur) | |
Airbus A320-214 | 7 | 0 | 20 | 126 | 146 | 4K-AZ77 "Lerik", 4K-AZ78 "Naftalan", 4K-AZ79 "Oghuz", 4K-AZ80 "Shirvan",4K-AZ83 "Julfa", 4K-AZ84 "Kurdamir"
4K-AI07 "Baku-7"(Azərbaycan hökumətinə məxsusdur) | |
Airbus A320 neo | 3 | 186 | VP-BTF"KALBAJAR" , VP-BTN"LACHIN", VP-BTS"ZANGİHAN" | ||||
Airbus A340-542 | 2 | 0 | 36 | 201 | 237 | 4K-AZ85 "Karabakh", 4K-AZ86 "Nakhchivan" | |
Boeing 757–200 | 3 | 0 | 22 | 158 | 180 | 4K-AZ11 "Sumgayit" 4K-AZ12 "Mingachevir"
4K-AZ38 "Qobustan" | |
1 | 0 | 20 | 150 | 170 | 4K-AZ43 "Lankaran" | ||
Boeing 767-300ER | 2 | 0 | 22 | 176 | 198 | 4K-AZ81 "Babek",4K-AZ82 "Koroglu" | |
Boeing 787-8 | 2 | 4 | 18 | 35 | 157 | 210 | VP-BBS "Shusha" VP-BBR "Ordubad" |
Boeing 737 MAX | 0 | 0 | Sifarişdən imtina olunub [ölü keçid] | ||||
Cəmi | 19 | 0 |
2020-ci ilin avqust ayında prezident İlham Əliyev çıxışında AZAL-ın bütün təyyarələrinin dövlət tərəfindən alındığını, bütün aeroportların dövlət tərəfindən tikildiyini və əvəzində AZAL-ın dövlətə heç bir mənfəət vermədiyini bildirərək şirkətin fəaliyyətini tənqid edib.[5]
AZAL-ın inhisarçı olduğu və bilet qiymətlərinin çox baha olduğu Azərbaycan mediasında tənqid edilir.[6][7]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |