Samson xan (rus. Самсо́н Я́ковлевич Маки́нцев; fars. سامسونخان; doğ.1776 - 1849) — Qacarlar ordusunun generalı.
Samson xan | |
---|---|
rus. Самсо́н Я́ковлевич Маки́нцев | |
Doğum tarixi | |
Doğum yeri | Qafqaz |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Samson Yakovleviç Makintsev 1776-cı ildə Rusiya imperiyasının Qafqaz xəttində anadan olmuşdu. Əsgər övladıdır. 24 sentyabr 1799-cu ildə Nijeqorod Draqun alayında hərbi xidmətə başlamışdı. Qafqaz cəbhəsinə göndərilmişdi.
Samson Makintsev vaxmistr rütbəsində 1802-ci ildə ordudan qaçıb Qacarlar tərəfə keçdi.Naib (leytenant) rütbəsində İrəvan piyada alayında xidmət etməyə başladı. O, rus fərarilərini orduya cəlb edib, yeni qoşun (Nizami-cədid) hissəsi yaratdı. Ordu komandanı, şahzadə Abbas mirzə Qovanlı-Qacar onun hissəsinə baxarkən bəyəndi. Ona yavər (mayor) rütbəsi verildi. Sonra özü yaratdığı qoşun hissəsini rus və qafqaz əsilli əsgərlərin hesabına genişlətdi. Şahzadədən sərhəng (polkovnik) rütbəsi və xan ünvanı aldı. Onun başçılıq etdiyi alay "Bahaduran" (qəhrəmanlar) adlandı.
A. Qriboyedovovun başçılığı ilə İrana gedən Rus missiyasının başlıca vəzifələrindən biri "rus batalyonu"-nun geri qaytarılması idi. 1804-1813-cü illər müharibəsi zamanı əsir düşmüş rus əsgərləri Təbrizə gətirilmiş, burada onlardan xüsusi batalyon yaradılmışdı. Batalyona Borisoqleb polkunun vaxmistri Samson Yakovleviç Makintsev komandanlıq edirdi. Batalyonun döyüşçüləri "bahaderan" da adlandırılırdı. A. Qriboyedov bahadırların qaytarılmasına xüsusi canfəşanlıqla girişmişdi. Abbas mirzə ilə görüşdə də bu məsələni vurğulamışdı. A. Qriboyedov əsirlərdən 70 nəfəri geri qaytarmağa nail olmuşdu. Lakin rus əsgərləri yalnız müharibə zamanı deyil, dinc dövrdə də fərarilik edirdi. Eduard Uillok erməni Sadıq vasitəsilə Qarabağdakı 42-ci yeger polkunun bəzi əsgərlərinin İrana qaçmasına nail olmuşdu. Bu fakt da A. Qriboyedovu qəzəbləndirmiş və naşılıq göstərərək ingilis missiyasına nota ilə müraciət etmiş, diplomatik dairələrdə narazılıq yaratmışdı.
Samson xan 1849-cu ildə vəfat edib.