Samsung Galaxy S II HD LTE — Samsung şirkəti tərəfindən istehsal olunan mobil telefon.
Samsung Galaxy S II HD LTE | |
---|---|
Brend | Samsung |
İstehsalçı | Samsung |
Seriya | Samsung Galaxy |
Ölçüləri |
129.8 mm (uzunluq) 68.8 mm (en) 9.5 mm (qalınlıq) |
Çəkisi | 130.5 qram |
Əməliyyat sistemi | Android 2.3 |
Operativ yaddaş | 1 QB RAM |
Yaddaş | 16 QB |
Ekran |
720x1280 piksel, 4.65 düym Super AMOLED sensor ekran |
Arxa kamera | 8 meqapiksel |
Ön kamera | 2 meqapiksel |
Bağlantı |
Wi-Fi, Bluetooth 3.0 GPS |
Smartfon Android 2.3 proqram platforması ilə işləyir. Güclü aparat 1,5 QHz takt tezlikli 2 nüvəli prosessor və 1 Qb əməli yaddaş ilə təchiz edilib. İnteqrasiya edilmiş fləş daşıyıcının tutumu 16 Qb-dır; dəyişkən "MicroSD" kartlar üçün slot var. Smartfon 4,65 düym diaqonallı yüksək keyfiyyətli Super AMOLED sensor ekran ilə təchiz edilib; ekranın kəskinliyi 720×1280 nöqtədir. Əsas 8 meqapiksel kamera 1080p formatında yüksək dəqiqlikli videoyazmanı dəstəkləyir; ön hissədə yerləşən kamera 2 meqapiksel matrisə malikdir. Digər xüsusiyyətləri belədir: "Wi-Fi" (802.11b/g/n) və "Bluetooth 3.0" simsiz əlaqə adapterləri, GPS qəbuledicisi, NFC mikroçipi və 1850 мА∙h tutumlu akkumulyator batareyası. Smartfon dördüncü nəsil LTE mobil şəbəkələrində işi dəstəkləyir.[1]