Samsung Galaxy S5 Samsung şirkəti tərəfindən hazırlanan, inkişaf etdirilən və satışa çıxarılan Android əməliyyat sistemli bir smartfondur. Samsung Galaxy S4-ün xələfidir.
Samsung Galaxy S5 | |
---|---|
Brend | Samsung |
İstehsalçı | Samsung Electronics |
Şüar | Discover The Future |
Seriya | Samsung Galaxy |
Sələfi | Samsung Galaxy S4 |
Xələfi | Samsung Galaxy S6 |
Ölçüləri |
151.2 mm (uzunluq) 79.2 mm 8.3 mm (en) |
Çəkisi | 145 qram |
Əməliyyat sistemi | Android 4.3 |
Operativ yaddaş | RAM: 2 GB RAM, MicroSD: 64GB'a qədər MicroSD |
Batareya | 10.100 kulon |
Ekran | 1920 × 1080piksel |
Ön kamera | 2.1 meqapiksel |
Bağlantı | Wi-Fi Bluetooth 4.0 ANT+ NFC LTE Kateqoriya 4 |
Veb səhifə | Rəsmi səhifə |
Galaxy S5 24 fevral 2014 tarixində WMC texnologiya sərgisində təşkil edilən Unpacked adlı mətbuat konfransında tanıdılmışdır. IPX6 / 7 lisenziyasına malikdir. Yəni (1 metrə qədər, 30 dəqiqə boyunca) suya qarşı davamlıdır və toz keçirmir. Ancaq Samsung etdiyi şərhdə Galaxy S5 ilə duş alına biləcəyini, ancaq suya atılması lazım olduğunu ifadə etmişdir. Qara , Ağ , Qızıl və Mavi rəng variantları mövcuddur .
Galaxy S5-də Galaxy S4-dən fərqli olaraq səhiyyə proqramlarında təkmilləşdirmələr edilmişdir. Cüt LED flaşa (sarı və ağ) malikdir. Barmaq izi oxuyucusu əlavə olunmuşdur. 30 FPS-də 4K və HDR videolar çəkə bilir. Ultra enerji qorunması modu ilə telefonun axtarış və SMS xüsusiyyətləri xaricində bütün xüsusiyyətləri bağlanılmaqdadır, beləcə böyük bir enerji qənaəti təmin edilə bilməkdədir.
Galaxy S5-in qabı polikarbon, arxa qapağı isə plastikdir. Arxa qapağı mat, nöqtəli bir görünüşə malikdir. Görünüş olaraq Galaxy Note 3-ə bənzəyir. Galaxy S4-dən fərqli olaraq suya qarşı dayanıqlı və toz keçirməzlik kimi xüsusiyyətlərə malikdir.
Galaxy S5 :
xüsusiyyətlərinə malikdir.