Samuil Adlivankin

Samuil Yakovleviç Adlivankin (rus. Самуил Яковлевич Адливанкин; 19 iyul 18977 mart 1966, Moskva) — RusiyaSSRİ rəssamı.

Samuil Adlivankin
rus. Самуил Яковлевич Адливанкин
Doğum tarixi 19 iyul 1897(1897-07-19)
Vəfat tarixi 7 mart 1966(1966-03-07) (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Fəaliyyəti rəssam, illüstrasiyaçı[d]
Təhsili
  • Odessa Teatr və İncəsənət Kolleci[d]

Samuil Yakovleviç Adlivankin 7 iyul 1897-ci ildə Rusiya imperiyasında Mogilyov quberniyasının Tatarsk kəndində anadan olmuşdur. O, 1912–1917-ci illərdə Odessa Teatr və İncəsənət Məktəbində və 1918–1919-cu illərdə Vladimir Tatlin yanında Dövlət Azad Rəssamlıq Emalatxanalarında təhsil almışdır. Adlivankin əvvəlcə futurizm ruhunda yarımabstrakt rəsm əsərləri çəkmişdir ("B. A. portreti", 1918). O, "Yeni Rəssamlar Cəmiyyəti" ("Bıçaq"; 1921–1924) dərnəyinin yaradıcılarından biri olmuşdur. Adlivankin bu illərdə əsərlərinin ən orijinalını, sadəlövh sənət tərzində həllini, ironik lirik əhval-ruhiyyəsini yaratmışdır ("Ailə ilə avtoportret", "Tramvay B"; hər ikisi – 1922), sonralar OST ("Gənc təyyarə modelçiləri", 1932, Rusiya muzeyi) və standart sosialist realist əsərləri ("V. İ. Lenin və M. Qorki Kapridə", 1939, İnqilab muzeyi, Moskva) ruhunda rəsmlərə keçmişdir. O, 1931-ci ildən İzobriqadalar Cəmiyyətinin üzvü, kitab və jurnal rəssamı, "Soyuzdetfilm" studiyası üçün kino rəssamı işləmiş, 1938–1939-cu illərdə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin tərtibatında iştirak etmişdir.[1]

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Берман Б. З. О выставке Нового общества живописцев // Советское искусствознание `79. Вып. 1 (сб. статей 10000 nüs.). М.: Советский художник. 1980. 197–215.
  • Соловьёв В. Д. Русские художники XVIII—XX веков. — Эксперт-клуб, 2005. — ISBN 5-98881-004-7.
  • Ракитин, Василий Иванович. Адливанкин Самуил Яковлевич // Энциклопедия русского авангарда: Изобразительное искусство. Архитектура . I: Биографии. А—К. Авторы-составители В. И. Ракитин, Сарабьянов, Андрей Дмитриевич; Научный редактор А. Д. Сарабьянов. М.: RA, Global Expert & Service Team. 2013. 11. ISBN 978-5-902801-10-8.
  • Воронина Е. А. Из истории художественной жизни Москвы. Новое общество живописцев (PDF) // Искусствознание. Вып. 3—4/2014. М.: Государственный институт искусствознания. 2014. 448—473.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]