Samur-Dəvəçi ovalığı

Samur-Dəvəçi ovalığıAzərbaycanın şimal hissəsində yerləşən ovalıq.

Samur-Dəvəçi ovalığı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 9 m
Yerləşməsi
41°12′08″ şm. e. 48°59′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayonlar Xaçmaz, Şabran, Xızı, Siyəzən
Samur-Dəvəçi ovalığı (Azərbaycan)
Samur-Dəvəçi
ovalığı

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Samur-Dəvəçi ovalığı Böyük Qafqaz ilə Xəzər dənizi arasındakı məkanı əhatə edir. Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayınadək uzanır. Ataçayla Sumqayıtçay arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200-250 m hündürlükdə) nisbi hündürlüyü 10-25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənliyinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.